MƏDƏNİYYƏT


Nazir: “Çıraqqala” abidəsində bərpa-konservasiya işləri bu ilin sonunda yekunlaşacaq

Bakı, 11 iyun, AZƏRTAC

“Çıraqqala” abidəsində bərpa-konservasiya işləri bu ilin sonunda yekunlaşacaq.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov iyunun 11-də abidə ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə təşkil edilən media-tur zamanı deyib.

Nazir bildirib ki, tarixi əhəmiyyətə malik olan bu abidədə bərpa-konservasiya işlərinə 2019-cu ilin iyul ayından başlanılıb. “Qeyd edim ki, qalanın bərpa-konservasiya işlərinə yerli mütəxəssislər cəlb olunub. Eyni zamanda, xarici ekspertləri də dəvət etmişik, onlar aparılan işləri yüksək qiymətləndiriblər”, - deyə nazir əlavə edib.

A.Kərimov qeyd edib ki, “Çıraqqala” ilə yanaşı, digər istehkam tipli qurğuların UNESCO-nun mədəni irs siyahısına salınması ilə bağlı planlar var.

Nazir, həmçinin bildirib ki, “Çıraqqala”nın turizm imkanlarının artırılması istiqamətində də işlər aparılır. Bununla bağlı hazırlanan konsepsiya yaxın zamanlarda təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.