Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub YENİLƏNİB VİDEO

Qəbələ, 15 may, AZƏRTAC

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kilsədə görülən işlər barədə məlumat verildi:

-Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılmışdır. Buyurun, ilkin vəziyyəti ilə tanış ola bilərsiniz.

Prezident İlham Əliyev: Bu vəziyyətdə idi?

- Bəli.

Prezident İlham Əliyev: Gümbəzi də yox idi, uçmuşdu.

-Bəli, uçmuşdu. Yenidənqurma zamanı tikilinin 50 faizə yaxın kərpicləri, daşları bərpa olunmuşdur.

Prezident İlham Əliyev: Salam.

- Bizim əziz Prezidentimiz, xoş gəlmisiniz. Məryəm Ana Kilsəsinə xoş gəlmisiniz. Allah Sizi qorusun, Allah Azərbaycanı qorusun.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

-Həmçinin həyətyanı sahə abadlaşdırılmış, sahəsi hasarlanmış, bulaq və üç gölməçə yaradılmışdır.

Prezident İlham Əliyev: Bulaq haradadır? Burdadır?

-Bəli.

Prezident İlham Əliyev: Salam.

- Salam, xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

-Kilsənin tavanı, döşəməsi dəyişdirilmişdir. Kilsənin aşağı hissəsi XII əsrdə tikilmişdir, Siz onların dağıntılarını da görə bilərsiniz. Biz onların bəzilərini bərpa etmişik. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilmişdir və bərpa olunmuşdur.

Prezident İlham Əliyev: Uçmuş vəziyyətdə idi.

-Çox pis vəziyyətdə idi. Bərpa zamanı işlər Afina memarlığına uyğun olaraq aparılmışdır. Həm daxili, həm xarici tərtibata heç bir xələl gətirilməmişdir. Biz çalışmışıq ki, o vaxt tikinti zamanı istifadə olunan inşaat materiallarından istifadə edək.

Prezident İlham Əliyev: Yəni o vaxt bu kərpiclərlə inşa edilmişdi?

-Bəli, 1898-ci ildə tikilmişdir. Biz bu kərpiclərin təqribən 50 faizini dəyişdirmişik, ancaq köhnə kərpiclərdən istifadə etmişik.

Prezident İlham Əliyev: Mənə Leyla danışmışdı ki, burada olarkən söhbət əsnasında bu kilsə ilə bağlı məsələ qaldırıldı. O da Bakıya gələn kimi dərhal bu məsələni qaldırdı və ondan sonra bərpa işlərinə start verilmişdir. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi dövründə bu kilsənin açılışı olmuşdur.

-Bəli, ayın 7-də açılışı oldu.

Prezident İlham Əliyev: Bəli, yenidən açılışı olmuşdur.

-Bizim müdrik Prezidentimiz, Leyla xanım tək Sizin qızınız deyil, o, bizim də qızımızdır, Udi qızıdır. Bəli, bir xahişimizlə bu kilsəni bizə hədiyyə etdi. Pandemiyaya, 44 günlük müharibəyə baxmayaraq, burada bərpa işləri bir gün də dayanmadı. Burada doqquz xalqın nümayəndələri çalışıblar. Çox sağ olun. Təşəkkürümüzü bildiririk.

Prezident İlham Əliyev: Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz.

-Olmuşuq. Biz Laçından, Ağoğlan kilsəsindən ayın 11-də gəlmişik. Cənab Prezident, yeddi dəfə səfərimiz olub.

Prezident İlham Əliyev: Çox yaxşı, bundan sonra da olacaq. Çünki bu, böyük bir tarixi irsdir, bizim mirasımızdır. Bu günlərdə Şuşada “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış etmişlər və orada sizdən olan nümayəndə də var idi. Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş “Xarıbülbül” festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir.

-Bəli, sağ olsun Heydər Əliyev Fondunun işçiləri. Sizə öz təşəkkürümüzü bildiririk. Çox gözəl bərpa işləri görüblər. Biz bayramınızı təbrik edirik.

Prezident İlham Əliyev: Sağ olun. Gedək baxaq.

-Cənab Prezident, burada bəzi daşlar XII əsrdən qaldığına görə....

Prezident İlham Əliyev: Qədim daşlardır.

-Bəli, qədim daşlardır. Biz Türyançaydan daşları tapdıq, onları kəsdik. Həmçinin kərpicləri. Çilçıraqlar, işıqlandırılma - hamısı qədim konsepsiyaya uyğun yaradılıb.

Prezident İlham Əliyev: Bəli, o stildə yenidən işlənib.

-Cənab Prezident, Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. Alban kilsələrinin tərtibatı çox zaman çox geniş olmayıb.

Prezident İlham Əliyev: Bəli, sadə olub.

- Sadə olub. İkonalar olmayıb, çox sadə olub.

Prezident İlham Əliyev: Sovet vaxtında necə istifadə olunub?

- Bura kolxoz dövründə fındıq anbarı idi.

Prezident İlham Əliyev: Sonra müstəqillik dövründə burada bir kilsə bərpa edilmişdi.

- Bəli, Tur Heyerdal gələndə Mədəniyyət Nazirliyi və Norveç humanitar təşkilatı tərəfindən bir kilsə bərpa olundu. O kilsə Ümummilli Liderin vaxtında bərpa olundu. Bu kilsə isə bizim Leyla xanımın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa edildi.

Prezident İlham Əliyev: Kiş kəndindəki kilsə deyəsən bundan kiçikdir.

-Çox kiçikdir, o birinci kilsədir, balacadır. Ən birinci, qədim kilsədir. Cənab Prezident, biz kilsəni alban, ortodoks konsepsiyasına uyğun olaraq bərpa etdik. Ermənilər özününküləşdirmişdilər. Adətən ermənilərdə Qriqoryan kilsəsində altar hissə daha hündür olur. Albanlarda isə 3 pilləkəndən ibarətdir. Bu, memarlıqda əsas elementdir. Biz onun üstünü açanda gördük ki, ermənilər bunun üstünü bağlayıblar. Biz bunları, alban xaçını təmizlədik.

Prezident İlham Əliyev: Bu, alban xaçıdır?

- Bəli, altarı da sementlə bağlamışdılar. Çöl tərəfdən naxışların hamısını bağlamışdılar. Ümumiyyətlə, alban kilsəsi erməni kilsəsindən fərqlidir. Simvollar da fərqlidir.

Prezident İlham Əliyev: Bilirəm, XIX əsrdə bütün alban tarixi mirasını özününküləşdirmək istəmişdilər.

-Çalışıblar.

-Prezident İlham Əliyev: Sizin əlinizdən almışdılar.

-Bəli, biz, sadəcə, imtina edib saxladıq. Bizi erməniləşdirmək istəyirdilər, etnos kimi erməniləşdirmək istəyirdilər.

Prezident İlham Əliyev: Bilirəm, onların məqsədi o idi.

-Bəli, çalışırdılar ki, biz əriyək.

Prezident İlham Əliyev: Bəli, elədir, bilirəm.

-Cənab Prezident, çox maraqlı bir fraqmenti də Sizə göstərim, burada tapılan əlyazmalardır, dünyanın ən məşhur linqvistləri tərcümə edib, alban əlifbasıdır.

Prezident İlham Əliyev: Hansı, budur?

-Bəli, görürsünüz, çox maraqlıdır, özü də udi dili əsasında 9 dilə tərcümə ediblər. Bu, onu göstərir ki, albanların öz əlifbası erməni kilsəsindən qabaq olub. Bu məşhur Avropa alimləri tərəfindən təsdiq olunmuşdur. Hər bir vərəqi orijinaldır. Mən özüm Sinayda olmuşam, görmüşəm. Məşhur linqvistlər adlar çəkir, görürsünüz bunlar orijinaldır.

Prezident İlham Əliyev: Bu əlifbanı təbliğ etmək, öyrənmək lazımdır.

- Alimlər bu kitabı orijinaldan 9 dilə tərcümə ediblər.

Prezident İlham Əliyev: Siz indi gərək Mədəniyyət Nazirliyi ilə birlikdə bu əlifbada kitablar da dərc edəsiniz, uşaqlar da bu əlifbanı bilsinlər ki, bu, bərpa olunsun. Çünki bu əlifba demək olar ki, istifadə olunmur. Ona görə, gərək bərpa edək. Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu ilə birlikdə.

- Surətini vermişik.

Prezident İlham Əliyev: Məşğul olun, bu əlifbada kitablar da dərc olunsun və uşaqlar da bu əlifbanı bilsinlər ki, bu əlifbanı biz bərpa edək.

-Cənab Prezident, bizim müqəddəs kitab birinci dəfə latın əlifbası ilə alban dilinə tərcümə olunub, onu Sizə hədiyyə edirik. Birinci dəfədir, hələ heç təqdimatını etməmişik. Müqəddəs kitabdır.

Prezident İlham Əliyev: Alban dilində?

-Bəli, özümüz tərcümə etmişik. Özü də Rafik müəllim tərcüməçidir. Biz burada 49 hərfdən istifadə etdik.

Prezident İlham Əliyev: 49 hərf var?

-Qədim 52-dir, biz bunu 49 etdik ki, kompüterdə işləmək üçün yüngül olsun. Burada bizim məktəblərdə latın əlifbası əsasında 4-cü sinfə kimi ana dili dərsi keçirilir.

Prezident İlham Əliyev: Çox yaxşı, alban dili də yaşasın, bütün udilər bilməlidirlər.

-Udilər hamısı bilirlər, xüsusən Azərbaycan dilini çox gözəl bilirlər.

Prezident İlham Əliyev: O, öz yerində, Azərbaycan dili dövlət dilidir. Amma, alban dili təkcə məişətdə yox, burada udilər arasında geniş istifadə olunmalıdır.

-Müqəddəs kitablar buraxırıq, təqvimlər buraxırıq. Bunları yavaş-yavaş bərpa edirik.

Prezident İlham Əliyev: Çox yaxşı.

-Cənab Prezident, Siz noyabrın 24-də Ağdam məscidinin önündə olandan dörd gün sonra mən də orada idim, Robert müəllim də orada idi. Siz bütün dünyaya bəyan etdiniz ki, işğaldan azad olunmuş torpaqlarda biz kilsələri, məscidləri, monastırları bərpa edəcəyik, udi qardaşlar buraya gələcəklər. Siz bizi yaşatdınız. Biz oraya getdik, cənab Prezident. Biz Xocavəndə, Tuğa da getdik. Necə dediniz ki, qardaşlar buraya gələcəklər, bəli, biz gəldik.

Prezident İlham Əliyev: Elədir, tarixi ədalət bərpa edildi.

- Sizə cansağlığı, uzun ömür arzulayırıq, Allah Sizi və ailənizi qorusun. Biz bu kilsədə də, bizim Yelisey adına kilsədə də, Qarabağda da daim dua edirik.

Prezident İlham Əliyev: Sağ olun, bütün udi qardaşlarımıza, bütün icma nümayəndələrinə salamlarımızı çatdırın. Siz bilirsiniz, mən birinci dəfə deyil buradayam, üçüncü dəfədir. İkinci dəfə gələndə məktəbin açılışı oldu.

-Bəli, çox gözəl yadımızdadır. Məktəbdə olduq.

Prezident İlham Əliyev: İndi mənə dedilər ki, bir məktəbin də təmirinə ehtiyac var. 1968-ci ildə tikilmiş məktəb yararsız vəziyyətdədir. O göstərişi də verəcəyəm. Sərəncam da imzalanacaq ki, o məktəbi də bərpa edək. Lazım olan bütün başqa işlər də görüləcək. Mən hər zaman sizin yanınızdayam.

-Çox sağ olun. İki məktəbimiz var, hansı ki, yaşı 150 ildən çoxdur.

Prezident İlham Əliyev: İki məktəb?

-Bəli. Çox gözəl etnoqrafik muzeyimiz var.

Prezident İlham Əliyev: Təmirə ehtiyacı olan iki məktəbdir, yoxsa, bir məktəb? Mənə 4 nömrəli məktəb dedilər.

-İki.

Prezident İlham Əliyev: Biri hansıdır?

-Bir nömrəli məktəb.

Prezident İlham Əliyev: Bir və dörd.

-Bəli. Həmin məktəbin həyətində kilsə də var. Amma bir nömrəlinin yaşı 150-dən çoxdur.

Prezident İlham Əliyev: O biri məktəblərin vəziyyəti necədir?

-O da pisdir.

Birinci xanım Mehriban Əliyeva: Mən tapşıraram Heydər Əliyev Fondunun xətti ilə təmir olunsun.

-Bir məktəb 1972-ci ildə tikilib. Cənab Prezident, bizim gənclər üçün gələcəkdə bir idman kompleksinə böyük ehtiyac var.

Prezident İlham Əliyev: Təşkil edərik. Orada kənddə yer var?

-Həmin məktəbin həyətində yer var.

Prezident İlham Əliyev: O, bir nömrəli məktəbdir?

-Bəli.

Prezident İlham Əliyev: Bir nömrəli məktəbin təmiri, idman kompleksi ilə bağlı işləri yəqin ki, Heydər Əliyev Fondu görəcək. Dörd nömrəli məktəbdə isə təmir işləri dövlət xətti ilə həyata keçiriləcək.

- Həmin kilsənin həyətində.

Prezident İlham Əliyev: Mən olduğum kilsənin həyətində?

-Bəli.

Prezident İlham Əliyev: Gedək, oraya baxaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub YENİLƏNİB VİDEO

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Premyer Liqa: “Arsenal” mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

İmişlidə yol qəzası olub, piyada ölüb

Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib  YENİLƏNİB

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib

BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir

“Şükür bu günə ki, qayıtdıq” - keçmiş məcburi köçkünün qürur dolu anları

Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada yeni geosiyasi reallıqlar yaradır - ŞƏRH

Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyunu keçirəcək

Bu saata olan əsas xəbərlər

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

® Yüksək peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması ilə tanınan həkim

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

Turizmin gələcək kadrları iş yerində yetişir – DUAL TƏHSİLİN YENİ ÜNVANI

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neftin qaldığı bildirilir

Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Səfir: Axıska türklərinə həsr olunmuş sərgi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətini göstərir

Ekspert: Yeni Dövlət Proqramı turizm sektorunun inkişafına əlavə stimul verəcək

Bakıda voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Azərbaycan və Qırğızıstan Ali məhkəmələri arasında əməkdaşlıq genişləndiriləcək

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

Şahzadə Harri və daha 6 məşhur şəxs “Daily Mail”in naşirinə ilkin olaraq 9,5 milyon funt sterlinq ödəməlidir

İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimatı keçirilib

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir - ŞƏRH

Axıska türklərinin yaşadığı tarixi hadisələrin Türk dünyasına çatdırılması vacibdir

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Premyer Liqada II turun hakim təyinatları açıqlanıb

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək? – ŞƏRH

Qazaxıstanda rəqəmsal dövlət resurslarına giriş müvəqqəti mümkün olmayıb

Sazın və sözün birliyi: Ərzurumda Türk dünyasının aşıq sənəti təbliğ olunub

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Samuxda zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

Səidə Sübhi: Natəvanın poeziyası fərdi yaşantıların zamansızlığını göstərir

® PAŞA Holding “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir

Xalid Xəlilov: Axıska türklərinin tarixinin Azərbaycan xalqına çatdırılması böyük əhəmiyyət daşıyır

Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatlarına yekun vurulub

Agentlik: Valideynlərin hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar – TƏHLİL

Nəqliyyat və infrastruktur üzrə 62 yeni dövlət standartı layihəsi qəbul edilib

Beste Gürsu: Sərgi Axıska türklərinin tarixini təqdim edir

“Bitcoin”in qiyməti üç ayın maksimumuna yüksəlib

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır- ŞƏRH

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir - ŞƏRH

Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib

Xan qızının böyük arzusu: Şuşaya su necə çəkildi?

ADY dəmiryol keçidlərində sürücü və piyadaları diqqətli olmağa çağırıb

Səadət Yusifova: “Axıska türkləri – itmiş sürgünün izində” sərgisi tarixi yaddaşın qorunmasına xidmət edir

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

Ziyəddin Kassanov: Azərbaycan Axıska türklərinə hər zaman sahib çıxıb

Qış mövsümü Avropada təbii qazın qiymətlərinin artması müşayiət olunacaq

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

Azərbaycandan Özbəkistana məhsul ixracının dəyəri 2 dəfədən çox artıb

Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib

Marin Lö Penin borc ittihamı Fransada siyasi qarşıdurmanı qızışdırıb

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib

Britaniyanın dövlət borcu 3 trilyon funt sterlinqə yaxınlaşıb

“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort VİDEO

“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort VİDEO

Almaniyada avtomobil piyada zonasına daxil olub, 8 nəfər xəsarət alıb

TİKA ilə Bolnisidəki Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi arasında əməkdaşlıq genişləndiriləcək

AzTU tələbələri ABŞ-də 6 medal və xüsusi mükafat qazanıblar

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi üzrə işçi görüş olub

Avropa Xəbər Agentlikləri Alyansı 70 illiyini qeyd edir

Birol Akgün: Axıska türklərinin taleyi XX əsrin ağır deportasiya faciələrindən biridir

Sahibkarlar yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar