RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub YENİLƏNİB VİDEO

Şuşa, 13 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə aparılan bərpa işləri ilə bağlı məlumat verildi.

Bildirildi ki, burada bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin