Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev - hadisələrin axarını dəyişməyə qadir olan Lider VİDEO

Prezident İlham Əliyev - hadisələrin axarını dəyişməyə qadir olan Lider VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC

“Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən,
şəffaflığı öz siyasətində bayraq edən ölkə
kimi görmək istəyirik və buna nail olacağıq.
Heç kim bu işdə bizə mane ola bilməz”

Prezident İlham Əliyev

Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada öncül mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Yeni əsrin yeni lideri İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada söz sahibi olan dövlətə çevirib. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər qələbələr və nailiyyətlər olmayıb.

 

   

Azərbaycan Prezidentinin milli maraqlara xidmət edən siyasi kursu və qələbə strategiyası

AZƏRTAC müasir dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu kimi yazılan Prezident İlham Əliyevin bənzərsiz siyasi kursunun, qələbə strategiyasının bəzi məqamlarına nəzər salır.

Ötən 19 il həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün arzularını həyata keçirməyə, hadisələrin axarını dəyişməyə qadir, öz dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi liderdir. Bu uzaqgörən siyasət Qarabağın, bütövlükdə Azərbaycanın taleyini dəyişdi.

   

Prezident İlham Əliyev bu və digər təşəbbüsləri ilə regionda mühüm əməkdaşlıq platforması yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir.

XXI əsrin əvvəllərində Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalq düzgün seçim edərək öz gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi və inamında yanılmadı. Ötən illər ərzində idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb.

Son 19 ildə Azərbaycan modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Gözlərimiz qarşısında baş verən bu misilsiz inkişaf xalqın rifahının yüksəlməsi, mövcud problemlərin həlli ilə müşayiət olunub, dövləti və xalqı vahid platformada birləşdirib.

Azərbaycan neft və qazla zəngin ölkədir. Lakin nefti və qazı bundan qat-qat çox olan ölkələr var ki, onlar Azərbaycanın inkişafına qibtə edirlər. Bu, ondan xəbər verir ki, Prezident İlham Əliyev uzaqgörən siyasət yeridir, ölkəsinin və müasir dünyanın üzləşdiyi çağırışlara dərindən bələddir. Məsələ heç də təbii sərvətlərdə deyil. Söhbət, ilk növbədə, liderin həlledici rolundan, müdrikliyindən, qarşıdakı hədəflərə nail olmaq bacarığından gedir. Bu prizmadan yanaşdıqda aydın görmək olur ki, praqmatizm, çevik və düzgün qərarlar qəbul etmək, hər bir addımı öz vaxtında atmaq, eyni zamanda, humanistlik - bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanın bugünkü inkişaf səviyyəsi, milli maraqların qətiyyətlə qorunması, Vətən müharibəsində qazanılmış parlaq və möhtəşəm Qələbə dövlətimizin başçısının bu və digər ali keyfiyyətləri sayəsində mümkün olub.

İlham Əliyev Prezident seçildiyi ilk gündən deyirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcək. Deyirdi ki, hər bir vətəndaşın Prezidenti olacaq. Deyirdi ki, biz öz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq, Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcəyik. Bütün bunlar artıq günümüzün həqiqətləridir, verilən vədlərin real həyatda təcəssümüdür.

       

Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Təbii ki, bir nömrəli problemimiz olan Qarabağ münaqişəsinin həlli üçün təkcə güc yetərli deyildi. Bu, həm də diplomatik müstəvidə, informasiya cəbhəsində məqsədyönlü, fəal və ardıcıl iş aparılmasını tələb edirdi. Prezidentimizin illər boyu, xüsusən Vətən müharibəsi dövründəki titanik fəaliyyəti, beynəlxalq miqyasda dəstəyi təmin etməsi də Qarabağ Zəfərində mühüm rol oynadı. Bütün bunlar, eləcə də xalqın öz lideri ətrafında sıx birləşməsi, görünməmiş milli həmrəylik Qələbənin açarı oldu. Beləliklə, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.

İndi isə postmüharibə dövrünü yaşayırıq və bu dövrün də öz hədəfləri var. Müharibədən sonrakı iki il Qələbəni siyasi və diplomatik müstəvidə möhkəmlətmək baxımından əlamətdar oldu. Fəxrlə deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini Azərbaycan lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, onunla hesablaşırlar. Prezidentimizin cəsarətli, ağıllı və təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bizi qələbədən qələbəyə aparır.

Münaqişənin həlli, Azərbaycan diplomatiyasının son iki ildəki uğurları Prezident İlham Əliyevin hadisələrin axarını dəyişməyə qadir lider olduğunun əyani təsdiqidir.

   

   

   

Prezident İlham Əliyev Türk dünyasının birliyi yolunda öncüllük nümayiş etdirir

Prezident İlham Əliyev hələ illər öncə uzaqgörənliklə deyirdi: “XXI əsr Türk dünyası əsri olacaq”. Zaman bunun doğrudan da belə olduğunu təsdiqləməkdədir. Türk dövlətləri - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan bu gün vahid mövqedən çıxış edərək, vahid platformada birləşərək güc mərkəzinə çevrilir. Türk dünyasının birliyinin möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritetdir. Azərbaycan Prezidentinin bu istiqamətdə göstərdiyi səylər, nümayiş etdirdiyi öncüllük hamılıqla təqdir olunur. Dövlətimizin başçısı İlham Əliyevin təkcə bu il Türk Dövlətləri Təşkilatına üzv ölkələrə, həmin ölkələrin prezidentlərinin Azərbaycana çoxsaylı səfərləri zamanı imzalanan mühüm sənədlər, səsləndirilən bəyanatlar, türk dövlətləri arasında genişlənməkdə olan əməkdaşlıq günümüzün reallığıdır. Prezidentimiz Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması kimi məsələləri daim diqqətdə saxlamaq kimi vacib məsələni də gündəmə gətirir. Yaxın keçmişə nəzər salsaq görərik ki, Türk dövlətlərinin birliyi yolunda ilk addımlar Heydər Əliyev tərəfindən atılıb. Ulu Öndərimiz 27 il əvvəl - 1995-ci ildə Bişkekdə “Manas” muzeyinin açılış mərasimindəki çıxışında Türk dövlətlərini bir-birinə kömək göstərməyə, yardım əli uzatmağa, parçalanmanın və təklənmənin qarşısını almağa çağıraraq deyirdi: “Dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik”. Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın vacibliyindən bəhs edən Heydər Əliyev bunun yolunu da göstərirdi: ümumi məkan yaratmaq, Mərkəzi Asiyadan çəkiləcək neft və qaz kəmərlərini Türkiyəyə, oradan isə dünya bazarına çıxarmaq xalqlarımız üçün olduqca faydalı olardı.

Böyük uzaqgörənliklə deyilmiş bu fikirlər öz təcəssümünü Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP boru kəmərlərinin reallaşmasında tapdı. Azərbaycan nefti və qazı bu gün Türkiyəyə, oradan da Avropa bazarlarına çıxarılır. Mərkəzi Asiya ölkələrinin də bu layihəyə qoşulması üçün əməli addımlar atılır. Türk dünyasında cərəyan edən müsbət proseslər Heydər Əliyevin öz inamında nə qədər haqlı olduğunu təsdiqləyir. Bu layihələr Prezident İlham Əliyevin bütövlükdə Türk xalqları qarşısında əvəzolunmaz xidmətlərindəndir.

Eyni zamanda, Qarabağ Zəfəri həm də türk dövlətlərinin ümumi qələbəsi kimi dəyərləndirilir. 2021-ci ilin noyabrında Türk dövlətləri liderlərinin VIII Zirvə Görüşündə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif olundu. Bununla bağlı qəbul olunmuş qərarda vurğulanırdı ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu ali mükafata Azərbaycan ərazilərinin işğaldan azad edilməsini təmin edərək türk birliyinə verdiyi mühüm töhfəyə, bölgədə davamlı sülhün və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə layiq görülüb.

   

 

 

   

   

  

Zəmanəmizdə öz xalqı tərəfindən İlham Əliyev qədər sevilən dövlət başçıları çox azdır. Yüksək intellekti, dərin ensiklopedik bilikləri, diplomatiya sahəsində məharəti, dəmir məntiqi, sözübütövlüyü ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Azərbaycan xalqı onu qalib xalqa çevirən Prezidentini böyük fəxrlə Müzəffər Ali Baş Komandan adlandırır.

Azərbaycana böyük nüfuz və dəstək qazandıran müstəqil xarici siyasət

Yüksək peşəkarlıq və diplomatik məharət İlham Əliyevin siyasi karyerasındakı əsas fərqləndirici xüsusiyyətlərdən biridir. Onun böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.

   

Əlbəttə, Ermənistan istisna olmaqla, bütün qonşular, həmçinin digər xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə qurulan səmərəli əməkdaşlıq qarşılıqlı siyasi əlaqələrin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynadı. Bu gün həm də dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir.

Bu illər ərzində beynəlxalq qurumlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya miqyasındakı nüfuzunun göstəricisidir.

Düşünülmüş və konkret hədəfə istiqamətlənmiş xarici siyasətdə ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin həlli üçün hüquqi bazanın formalaşdırılması xüsusi yer tuturdu. Prezident İlham Əliyevin bütün səfərlərində, keçirdiyi görüşlərində, mötəbər tribunalarda etdiyi açıq və prinsipial çıxışlarla buna nail oldu, dünyanı Azərbaycanın haqlı olduğuna inandıra bildi. Həmçinin münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı müddəalar yer aldı ki, bu sənədlər Vətən müharibəsində haqlı mövqeyimizi daha da gücləndirdi.

   

“Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Prezident İlham Əliyev güclü dövlət - güclü ordu konsepsiyasına əsaslanaraq 30 il işğal altında qalan torpaqlarımızın siyasi-hərbi yolla azad edilməsinə nail oldu.

   

   

Qarabağ münaqişəsi tarixə qovuşdu, bölgədə yeni reallıqlar yarandı. İndi isə düşmənin xarabalığa çevirdiyi ərazilərdə möhtəşəm bərpa-quruculuq işləri aparılır. Prezidentimizin iradəsi, Azərbaycan dövlətinin gücü sayəsində bu yerlərə həyat yenidən qayıdır...

Prezident İlham Əliyev - hadisələrin axarını dəyişməyə qadir olan Lider VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır

Tallində Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci, Azərbaycan icmasının 38-ci ildönümü qeyd olunub

Prezidentin Qarabağa səfəri “Böyük Qayıdış” Proqramının uğurla davam etdirildiyini göstərir - ekspert rəyi

Birinci Qax Kitab Sərgisinə başlanılıb

Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişafı ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

“Kəpəz” baş məşqçisi ilə yollarını ayırıb

“Liverpul”un baş məşqçisi istefaya göndərilib

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

Çempionlar Liqasının finalı öncəsi Budapeştdə bir neçə insident qeydə alınıb

Azərbaycan atleti Avropanın Kiçik Ölkələrinin Çempionatında bürünc medal qazanıb

Premyer Liqa klubu ukraynalı futbolçu ilə yollarını ayırıb

Bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir - ŞƏRH

Ərik diyarı Samux festival ab-havasına bürünəcək

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

ETX məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan neftinin qiyməti 98 dollar olub

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Rusiya Ermənistandakı səfirini geri çağırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını 5 qələbə ilə başa vurub

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

Qəbələ və Oğuz rayonlarında təbii fəlakətin fəsadları aradan qaldırılır

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

Pit Heqset: ABŞ bir sıra silah növlərinin istehsalını artıracaq

Litvanın müdafiə naziri Belarusdan gələn hava şarlarını ölkəsi üçün təhlükə adlandırıb

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

Sındırqıda yenidən zəlzələ olub

Ağ Ev: Prezident Tramp ABŞ-nin xeyrinə olan bir razılaşma əldə edəcək

Dünyanın ən böyük qızıl ehtiyatına malik ölkələr – SİYAHI

Böyük Britaniyanın hərbi təyyarələri Rumıniya səmasında

İsrail ordusunun Livana son hücumları nəticəsində 11 nəfər həlak olub

İran yığması FIFA-dan cavab gözləyir

Kaluqa və Tambov hava limanlarında məhdudiyyətlər tətbiq olunub

Rubio: ABŞ Türkmənistanın təbii qaz ixracının Trans-Xəzər marşrutları vasitəsilə şaxələndirilməsinə dəstək verir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

Türkiyənin bir neçə əyalətində sel, torpaq sürüşmələri baş verib

Beynəlxalq maliyyə qurumları Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Rumıniya hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı NATO-ya müraciət edib

Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar VİDEO

Bakıda və Abşeron yarımadasında dolu yağması ehtimal edilir

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Strasburqda Müstəqillik Günü münasibətilə ziyafət təşkil olunub

Müstəqillik Günü San-Pauloda xüsusi işıq proyeksiyası və vizual nümayişlə qeyd olunub

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib

Azərbaycanın Müstəqillik Günü Brüsseldə qeyd edilib

2026–2030 Dövlət Proqramı islahat paketi kimi qiymətləndirilməlidir - ŞƏRH

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

Müstəqillik Günündə Qarabağa səfər dövlət-xalq birliyinin ən parlaq nümunəsidir - ŞƏRH

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Bu saata olan əsas xəbərlər

Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

Kolumbiya radiosunda 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs olunub

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi pley-offa yüksəlib

İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

Sənət, ruh və rənglərin harmoniyası: samuxlu rəssamın yaradıcılıq dünyası

Azərbaycan teatrı Kişineuda beynəlxalq festivalda təmsil olunub

“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib

Yağışlı hava ilə bağlı sürücülərə müraciət olunub

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı hansı dəyişiklikləri vəd edir?

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

Rumıniya Rusiya konsulluğunu bağlayır

Nazirlik: 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılması nəzərdə tutulur

® Azərbaycan qlobal mərkəz və gələcəyin körpüsü

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

“Karvan-Yevlax” klubu baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək VİDEO

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək VİDEO

Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

Moldovadakı soydaşımız mer seçkilərinin ikinci turunda qalib gələcəyinə inanır

Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq VİDEO

Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq VİDEO

Ukraynada azərbaycanlı meri bıçaqlayan fermer saxlanılıb