ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün 140 nəfər ərizəsini təsdiqlədib

Bakı, 16 fevral, AZƏRTAC

2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlərin sənəd qəbulu internet vasitəsilə aparılır.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinin (DİM) saytına istinadla xəbər verir ki, fevralın 16-na olan məlumata görə, qəbul imtahanında iştirak etmək üçün 140 nəfər (Azərbaycan bölməsi üzrə 132, rus bölməsi üzrə 12) ərizəsini təsdiqlədib. Ərizə qəbulu fevralın 14-dən başlayıb. İmtahanda iştirak etmək üçün namizəd fevralın 21-dək DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Xatırladaq ki, rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər. Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 7-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 14-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.