“Sabahın alimləri” VIII respublika müsabiqəsi səkkiz fənn üzrə təşkil olunub
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 12-də “Sabahın alimləri” VIII respublika müsabiqəsi başlayır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə (63-ü fərdi, 124-ü isə kollektiv) üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir.
“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.
Müsabiqənin keçirilməsinin məqsədi ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyili olan istedadlı şagirdlərin aşkarlanması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir.
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşdırılan müsabiqə fevralın 14-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:03]
BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub
- 24.09.2026 [11:22]
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
- 24.09.2026 [11:15]
Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib
- 24.09.2026 [11:03]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi
- 24.09.2026 [10:48]
DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
- 23.09.2026 [18:53]
Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat
- 23.09.2026 [18:45]
BDU-da tələbələrin distant dərslərdə davamiyyəti yüksək səviyyədədir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]