CƏMİYYƏT
Sabunçuda Milli Dirçəliş Günü məcburi köçkünlərlə qeyd edilib
Bakı, 17 noyabr, AZƏRTAC
Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Pirşağı qəsəbəsindəki “Qızılqum” sanatoriyasında məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkünlərlə görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyəti aparatının əməkdaşları məcburi köçkünlərin məişət şəraiti və problemləri ilə tanış olub, onlara ərzaq yardımı ediblər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova görüşdə Milli Dirçəliş Gününün tarixi haqqında məlumat verib. O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının həyata keçirdiyi siyasət barədə danışıb.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər Prezident İlham Əliyevin işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı gördüyü işləri dəstəklədiklərini bildiriblər.