MƏDƏNİYYƏT


Sankt-Peterburqda Georg Ots adına opera artistlərinin III Beynəlxalq müsabiqəsi başa çatıb

Bakı, 21 iyul, AZƏRTAC

Sankt-Peterburqda Georg Ots adına opera artistlərinin III Beynəlxalq müsabiqəsi uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq şəhər hökumətinin və Mədəniyyət komitəsinin təşkilatçılığı ilə baş tutan müsabiqədə bu il rekord sayda iştirakçı qeydə alınıb. İki gün ərzində Avropa, Asiya və Afrika qitəsini təmsil edən 160 nəfərə yaxın müğənni çıxış edib. Müsabiqə Georg Ots yaradıcılığına istinadən iki müxtəlif nominasiyada - opera və operetta janrlarında keçirilib.

Müsabiqədə iştirak edən gənc vokalistlərin seçimini aparmaq üçün dünyanın müxtəlif teatrlarının bədii rəhbərləri, nüfuzlu musiqi agentliklərinin başçılarının təmsil olunduğu münsiflər heyəti dəvət olunub. İtaliyanın La Scala teatrının musiqi rəhbəri Luka Tarjettinin rəhbərliyi ilə çalışan heyətin münsifləri - Riçard Taker Beynəlxalq Fondunun icraçı direktoru Peter Karvel (Nyu-York), Ueksford Opera Festivalının musiqi rəhbəri Rozetta Kukki (İtaliya/İrlandiya), Latviya Milli Opera Teatrının bədii rəhbəri İlze Sprantsmane (Latviya), Mariinski Teatrının Primorski filialının opera rəhbəri Larisa Dyadkova (Sankt-Peterburq), "TACT" musiqi agentliyinin direktoru Aleks Qriqoryev (Bolqarıstan/Almaniya) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artisti Əyyub Quliyev (Azərbaycan) gənc vokalçıları hər gün dinləyərək qiymət veriblər. Müsabiqəyə fəxri qonaq qismində Estoniya Milli Opera Teatrının direktoru Arne Mikk dəvət olunub.

Nəticədə Almaniya, Rusiya və Özbəkistan nümayəndələri müsabiqənin laureatları seçiliblər, “opera” nominasiyasında birinci yeri Quri Quryev (Rusiya), ikinci yeri Darya Rositskaya (Rusiya), üçüncü yeri İvan Şerbatıx (Almaniya), Akılbek Piryazov (Özbəkistan), operetta janrında isə Laura Minen (Almaniya) və Oleq Fedonenko (Rusiya) qalib gəliblər.

Müsabiqənin bütün turları və bağlanış mərasimi Sankt-Peterburq Akademik Simfonik Orkestrinin müşayiəti ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.