Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan-Gürcüstan dostluğu daimi olacaq

Bakı, 27 avqust, AZƏRTAC

Avqustun 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə QMİ sədri Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin tarixindən danışıb. Gürcüstanda çox sayda azərbaycanlıların olduğunu bildirən QMİ sədri qeyd edib ki, oradakı soydaşlarımız rifah şəraitində yaşayır, dini ibadətlərini həyata keçirirlər. Dini-mənəvi müstəvidə tarixi əlaqələrin əhəmiyyətindən bəhs edən QMİ sədri Qafqazın ağsaqqal dini lideri, böyük qardaşı saydığı Patriarx II İliyanın şəxsiyyətini yüksək dəyərləndirib. “Ölkələrimiz arasında mənəvi əlaqələrin inkişafında Gürcüstan patriarxı II İliyanın rolunu xüsusi vurğulamaq lazımdır. Gürcüstan ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri var. Bu dostluğu gələcək nəsillərə çatdırmaq lazımdır. Bizim dostluğumuzu gözü götürməyən, ara vurmağa çalışan qüvvələr var. Lakin, mən əminəm ki, onların heç bir cəhdi baş tutmayacaq və qardaşlığımız daimi olacaq”, - deyə QMİ sədri qeyd edib.

Şeyxülislam Allahşükür Paşazadə gürcü patriarxı II İliyanın Azərbaycan və Gürcüstan xalqları arasında mənəvi körpülərin daha da möhkəmlənməsi üçün birgə əməkdaşlıq nümunələrini xatırladaraq, patriarxın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu qardaş dəstəyinin İkinci Qarabağ müharibəsi dövründə bir daha ifadə olunduğunu, məktub və onlayn görüşmələrdə bir daha vurğulandığını xüsusi qeyd edib. Zamanında gürcü patriarxının münaqişənin sülh yolu ilə həlli məqsədilə Azərbaycan və erməni dini liderlərinin görüşləri üçün vasitəçilik missiyasını yüksək dəyərləndirən şeyxülislam Allahşükür Paşazadə Qafqazda əmin-amanlıq şəraitinin hökm sürməsində patriarxla dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərinin böyük rolu olduğuna diqqəti çəkib. Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin dost, qardaş ölkələrimiz arasında münasibətlərin inkişafını prioritet saydığını, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqlarımız arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi, humanitar sahədə münasibətlərin yüksək səviyyəsinin təmininə böyük töhfələr verdiyini xüsusi qeyd edib.

Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Dialoq Mərkəzinin Himayədarlar Şurasının üzvü olan patriarx II İliyanın bu qlobal platformada fəal iştirakını vurğulayaraq, pandemiya səbəbindən Gürcüstanda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirin təxirə salındığını, lakin şərait yaranan kimi bu nüfuzlu beynəlxalq forumun keçiriləcəyini qeyd edib. Xarici ölkələrdə yaşayan soydaşlarımızın dini-mənəvi tələbatlarının ödənilməsi məqsədilə bir çox ölkələrdə nümayəndəlikləri olan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinin qardaş Gürcüstanda daha yüksək səviyyədə davam və inkişaf etdirilməsi zərurəti xüsusi vurğulanıb.

Regional dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin xaricdəki nümayəndəlikləri arasında Gürcüstandakı təmsilçiliyinin xüsusi fəallıq göstərdiyini və Gürcüstan dövlətinin müvafiq qurumları, habelə Gürcü Patriarxlığı ilə sıx əlaqələrə malik olduğunu xatırladan şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə qəbul edilmiş qanunvericilik aktlarının bu müstəvidə əməkdaşlığımız üçün yeni perspektivlər açdığını qonağın diqqətinə çatdırıb.

Şeyxülislam Allahşükür Paşazadə erməni işğalından azad olunmuş ərazilərimizdə dağıdılmış, təhqir olunmuş mənəvi irs nümunələrimiz barədə qonağa məlumat verib, Gürcüstanın Azərbaycandakı səfirinin bu mənzərələri öz gözləri ilə gördüyünü xatırladıb. QMİ sədri görüşdə Azərbaycanda və Gürcüstanda ermənilərin xristian pravoslav dini məbədlərini özününküləşdirmək, mənşəyini saxtalaşdıraraq erməniləşdirmək cəhdlərinin birgə səylərlə qarşısının alınmasının vacibliyini vurğulayıb.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze iki ölkənin dini liderləri arasında sıx dostluq münasibətlərinin olmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirib ki, bu münasibətlər dövlətlərimiz arasındakı əlaqələrin inkişafında da mühüm rol oynayır. "Müasir dövrdə dini liderlər cəmiyyət arasında daha böyük nüfuza malikdirlər. Din xadimləri cəmiyyəti öz arxalarınca apara bilirlər. Bu baxımdan, Azərbaycanın və Gürcüstanın dini liderlərinin dövlətçiliyə sadiqlikləri xüsusi əhəmiyyət daşıyır, hər iki dini lider daim dövlətin yanında olmaları ilə seçilirlər.

Gürcüstanda müxtəlif xalqlara mənsub 400 minədək müsəlman yaşayır. Onların dini bayramları dövlət səviyyəsində təbrik edilir, Gürcüstanın Baş naziri tərəfindən hər il Ramazanda iftar süfrəsi açılır. Onlar dini rifah halında yaşayırlar, bütün hüquqları Gürcüstan hökuməti tərəfindən müdafiə edilir. Dini mərkəzlər mədəni abidələr olduğu üçün qorunur”, - deyə Zaza Vaşakmadze qeyd edib.

Azərbaycanın dini liderini və onun simasında Azərbaycan xalqını Vətən müharibəsində qazanılmış rəşadətli Zəfər münasibətilə ürəkdən təbrik edən qonaq Gürcüstan patriarxı II İliyanın şeyxülislam Allahşükür Paşazadəyə ad günü münasibətilə təbrik məktubunu çatdırıb.

QMİ sədri xoş sözlərə görə təşəkkürünü bildirib və minnətdarlığını mənəvi qardaşı Patriarx II İliyaya yetirməyi rica edib.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və QMİ sədrinin birinci müavini müfti Salman Musayev də iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır