Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlər aparıcı rola malikdirlər VİDEO

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә Azərbaycan Respublikasının Milli Məclisinin təşkilatçılığı ilə “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda plenar sessiya keçirilib.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bugünkü mövzuda mədəni körpülərin qurulmasında parlamentlərin və siyasətçilərin rolu əsas götürülüb. Dünyada baş verən islamofobiya, ksenofobiya və digər xoşagəlməz hallar mədəniyyətlərə, dinlərə, o cümlədən millətlərə mənfi təsir göstərir. Bu mövzuya qısamüddətli yerli müstəvidə yox, qlobal müstəvidə baxmalıyıq.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov sessiyada çıxış edərək bildirib ki, təqribən 25 il bundan əvvəl siyasi fikirdə bir konsepsiya irəli sürülüb: “Soyuq müharibə başa çatdıqdan sonra planetin siyasi xəritəsinin “birinci”, “ikinci” və “üçüncü” dünya ölkələrinə bölünməsi artıq öz mənasını itirib. Müasir dünya siyasi, ideoloji və hərbi ayırma xətləri tutub. Bundan sonra qlobal siyasətlə bağlı ən böyük münaqişələr müxtəlif sivilizasiyalara mənsub olan millətlər və qruplar arasında cərəyan edəcək. Sivilizasiyaların toqquşması, İslam dünyası ilə Qərb dünyasının qarşıdurması dünya siyasətinin üstün amilinə çevriləcək”.

Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan dünyaya etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verən, xalqların mədəni sərvətlərinin qorunmasına və inkişafına əsaslanan demokratik cəmiyyət nümunəsi təqdim edir. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu bir məkanda yerləşən ölkəmiz İslam və Avropa sivilizasiyalarının dəyərlərini özündə birləşdirir. Mədəniyyətlərarası, dinlərarası dialoq və multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Azərbaycan dövləti müxtəlif dinlərə etiqad edən insanlar üçün əmin-amanlıq və xeyirxahlıq mühitinin yaradılmasına nail olub və bu prinsipləri milli qanunvericilik vasitəsilə dini etiqad azadlığı və dini tolerantlıq çərçivəsində qoruyub saxlayıb. Azərbaycan həmişə sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafına kömək göstərib və bundan sonra da kömək göstərəcək. Göstərilən səylər, o cümlədən bu gün iştirak etdiyimiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər bizi addım-addım daha təhlükəsiz dünyaya yaxınlaşdıracaq. Elə bir dünya ki, orada həm bir xalq və dövlət sülh və əmin-amanlıq şəraitində yaşamaq və inkişaf etmək, öz mədəni sərvətlərini artırmaq yolu ilə ümumdünya mədəniyyətini zənginləşdirmək, bəşər sivilizasiyasını daha da irəliyə aparmaq imkanına malik olacaq.

Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib və burada çox səmərəli müzakirələrin aparıldığını vurğulayıb. O, ölkəsi haqqında məlumat verərək bildirib ki, Cibuti Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu bir ölkədir. Müxtəlif xalqların yaşadığı Cibuti sanki bir sabitlik adasıdır. Azərbaycanda olduğu kimi, bizim ölkəmizdə də tolerantlıq yüksək səviyyədədir. Cibutidə müxtəlif dinlərə, irqlərə məxsus insanlar yaşayır. Müxtəlif millətlərin bir yerdə dinc şəraitdə yaşaya bilməsi çox gözəldir. Bu şəraiti parlament, dövlət və hökumət qurumları yaradır.

Qeyd edilib ki, parlamentlər mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rola malikdirlər. Bizim məsuliyyətlərimiz də imkanlarımızdan az deyil. Bu cür məsələlərdə ictimai rəyə əsaslanmalıyıq, həmçinin biz parlament üzvləri olaraq seçicilərimizi diqqətdə saxlamalıyıq. Parlament üzvləri olaraq mədəniyyətlərarası dialoqda öz rolumuzu tamamilə dərk etməliyik. Əcdadlarımızdan bizə qalan tolerantlığı, dözümlülüyü qoruyub saxlamalı və bu istiqamətdə səylərimizi əsirgəməməliyik. Müxtəlif ölkələri təmsil etsək də, mədəniyyətlərarası dialoqa önəm verməliyik, çünki mədəniyyətlərarası dialoq xüsusilə parlament səviyyəsində önəmli olan bir məsələdir. Buna görə də həmin əlaqәlәri güclәndirmәk, əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmək hər bir ölkəyə müsbət təsir edəcək böyük bir amildir.

Çexiya Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek qeyd edib ki, mədəniyyətlərarası dialoq mühüm əhəmiyyət kəsb edən və yerində seçilmiş mövzudur. Sivilizasiyalar arasında mədəni körpülərin qurulması terrorizmin, ksenofobiyanın yarandığı bu çağda yeni düşüncələr üçün mühüm əsas yaradır. Hər bir dövlətdə qəbul edilən qanunun universal dili var. Yəni bu, o deməkdir ki, biz qanunlara riayət edərək istənilən bir ölkədə yaşaya bilərik. Cəmiyyəti birləşdirən qanundan sonra ikinci yerdə duran əsas prinsip isə demokratiyadır. Demokratik qaydalarda hökumətlərarası müqavilələr, dövlət başçılarının qərarları, parlamentlər tərəfindən qəbul edilən qanunlar öz əksini tapır. Bu, bizlərdə böyük bir məsuliyyət yaradır ki, bu mövqeyə düzgün riayət edək. Biz seçicilərimiz tərəfindən kifayət qədər səlahiyyətlər almışıq, ona görə də bundan səmərəli şəkildə istifadə etməliyik. Biz təkcə hökumət problemlərini həll etmirik, mədəniyyətimizi, bizi bir araya gətirən dəyərləri araşdırırıq. Bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var.

Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Abbasi bildirib ki, mədəniyyətlərarası dialoqla bağlı sessiyada iştirak etmək onun üçün çox önəmlidir. “Biz öz fəaliyyətimizdə mədəniyyətlərarası dialoq yaratmağa çalışırıq. Çünki əməkdaşlıq etmək hər bir ölkəyə müsbət təsir göstərir. Bu gün dünyada ədalətsiz qüvvələr mövcuddur, terrorçuluq baş alıb gedir və bütün bunlar dövlətlərə, parlamentlərə mənfi təsir göstərir. Parlamentlərin rolu mədəniyyətlərarası dialoqun genişləndirilməsindən ibarət olmalıdır. Biz bir-birimizin fikirləri ilə razılaşmasaq da ən azı bir-birimizi dinləməyi bacarmalıyıq. Mədəniyyətlərarası dialoq ölkələrdə demokratiyanın inkişafını gücləndirə bilər. Buna görə də mədəni körpülərin qurulmasında öz rolumuzu əsirgəməməliyik. Bu, parlamentlər üçün vacib məqamlardan biridir. Əməkdaşlıqlar və qarşılıqlı anlaşmalar bəşəriyyətimizi xilas edəcək əsas amillərdir”, - deyə Murtuza Abbasi qeyd edib.

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Zahidə Mənsur vurğulayıb ki, qarşılıqlı ehtiram və dözümlülük dünyanı xilas edəcək vacib dəyərlərdir.

Azərbaycanın gözəl mədəniyyətə sahib olduğunu deyən Lordlar Palatasının üzvü qeyd edib ki, IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu bütün dünya üçün çox vacib tədbirdir: “Bizlər mədəniyyətlər arasında körpüləri qururuq. Parlamentlər isə bu körpülərin yaranmasında nümunəvi rol oynamalıdırlar. Cəmiyyətdə mədəniyyətin, dilin, dinin insanlar arasında layiqincə təbliğ edilməsi önəmlidir. Çünki bu, mədəniyyətlərarası dialoqa da müsbət təsir göstərəcək amildir. Bunun əsasında isə insan hüquqları, söz, vicdan azadlığı dayanır. Bu çərçivədə beynəlxalq əlaqələrə də qoşulmaq əhəmiyyətlidir. Çünki müxtəlif mədəniyyətlərə sahib xalqların bir yerdə yaşaması həmin ölkələrin inkişafına şərait yaradır”.

ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Rabbi Mark Şnayer dialoqun əhəmiyyətindən danışıb. Bildirib ki, ölkələr arasında mədəni körpülərin qurulması dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına şərait yarada bilər. Baş verən ədalətsizliklər dünyanın hansı hissəsində olursa-olsun, bütün dövlətlərin narazılığına səbəb olmalıdır. Öz ədalətləri naminə vuruşan insanlar əgər xalqın mənafeyini də güdürsə, o zaman hər bir dövlət bu ədalətsizliyin qarşısını mütləq şəkildə almalı, o insanlara kömək olmalıdır.

Azərbaycandakı yüksək səviyyəli tolerantlıqdan danışan R.M.Şnayer vurğulayıb ki, Azərbaycan müsəlman aləmində bir modeldir və digər ölkələrə nümunədir. Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqu özündə əks etdirən güclü bir dövlətdir. Müxtəlif dinlərə, mədəniyyətlərə məxsus insanlar burada dinc şəraitdə yaşayırlar. Azərbaycanda keçirilən Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu bütün dövlətlərlə yanaşı, Amerika üçün də bir nümunədir.

Sessiya müvafiq mövzuda müzakirələrlə davam edib.

Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlər aparıcı rola malikdirlər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb