Təhsil Nazirliyi: Bu il ölkənin təhsil müəssisələri üçün 21 min kompüter alınıb
Bakı, 29 dekabr, AZƏRTAC
2021-ci təqvim ilində ölkənin təhsil müəssisələri üçün indiyədək ən çox sayda - 21 min kompüter alınıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəblərin yeni alınmış kompüterlərlə təchizatı nəticəsində 300 min şagirdin rəqəmsal bacarıqları artacaq, 400 minə yaxın şagirdin summativ qiymətləndirilməsi rəqəmsallaşacaq, 5 regionun (Bakı, Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt) 365 min nəfər şagirdi üçün e-jurnal və e-gündəlik sisteminin tətbiqi mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [17:48]
Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir
- 21.09.2026 [17:40]