MƏDƏNİYYƏT


Vokalçılar festivalının ikinci günündə “Arşın mal alan” operettası təqdim edilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, rolları Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasiyev, Səbinə Vahabzadə və Sadiq Məlikov ifa ediblər. Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın idarə etdiyi əsərin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.