Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Brüssel görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır

Vüqar Rəhimzadə: Brüssel görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır

Bakı, 15 may, AZƏRTAC

Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etdi. Azərbaycanın 30 illik işğal dövründə yaşadığı faciələrə baxmayaraq belə bir addımı atması humanizmin, eyni zamanda, bölgədə sülhün təmin edilməsi istəyinin göstəricisidir. Təbii ki, bütün bu addımlar Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə uyğun olaraq atılırdı. Daim bəyan edildiyi kimi, Azərbaycan bütün zamanlarda ədalətin və beynəlxalq hüququn yanındadır. Şanlı Zəfəri ilə ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən ölkəmiz Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanmasında üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirərək bunu qarşı tərəfdən də tələb edir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik missiyasını yerinə yetirən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüşlərdə əldə olunan razılaşmalar sülh müqaviləsinin imzalanmasına gedən yolu yaxınlaşdırdığı halda Ermənistan tərəfinin ötən ilin dekabrında keçirilməsi nəzərdə tutulan görüşdən imtina etməsi prosesin davamlılığına mane oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə sayca 5-ci görüş keçirildi. Bundan əvvəl Brüssel ilə yanaşı, Moskvada, Soçidə və Praqada da bu məqsədlə görüşlər keçirilmişdi. Soçi və Praqa görüşlərində Azərbaycan tərəfinin beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifi dəstəklənmiş, tərəflər danışıqların davam etdirilməsinin zəruriliyini bildirmişdilər. Bu, razılaşma o deməkdir ki, tərəflər biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Təəssüflər olsun ki, Ermənistan bütün razılaşmalara, ən əsası, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda üzərinə düşən öhdəlikləri mütəmadi olaraq pozur, hərbi təxribatlar törətməklə açıq-aşkar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, prosesin uzanmasına çalışdığını nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin mayın 14-də Belçikaya işgüzar səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə də bu məsələyə xüsusi diqqət yönəldildi. Görüşdə son aylarda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, bu günlərdə keçirilən Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşün gündəliyi müzakirə olundu.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bir daha bildirdi ki, fikir mübadiləmiz səmimi, açıq və nəticəyönümlü idi. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Gündəlikdə olan bütün məsələlər birlikdə nəzərdən keçirildi. O da xüsusi vurğulandı ki, bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.

Vüqar Rəhimzadə onu da bildirib ki, nəhayət Ermənistan tərəfindən pozulmuş Brüssel görüşlərinin bərpası yüksək dəyərləndirilir. Brüssel görüşündə sərhəd məsələlərində irəliləyiş və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar, regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası, humanitar və sair kimi məsələlər geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışları zamanı Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi məsələsinə diqqəti yönəldərək Azərbaycanın tolerant ölkə olduğunu, ölkəmizdə bütün xalqların, millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşadıqlarını, onların hüquqlarının yüksək səviyyədə qorunduğunu əsaslı şəkildə diqqətə çatdırır. Ölkə Prezidentinin bəyanatlarında bu çağırış xüsusi yer tutur ki, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat, tarix, beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Dövlətimizin başçısının prinsipial mövqeyi belədir ki, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşü ilə bağlı səsləndirdiyi bəyanatda yer alan "İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir" kimi fikirlər Ermənistanı və ona havadarlıq edən dövlətləri ciddi düşündürməlidir. Bundan əvvəl Brüssel görüşündə yalnız Emmanuel Makronun qatılacağı təqdirdə iştirak edəcəyini bildirən Ermənistanın baş naziri Nikol Paşinyan bu istəyinin yalnız himayədarı Fransa üçün önəmli olduğunun şahidinə çevrildi. Bu baxımdan Fransa Prezidentinin Praqa görüşündə nümayiş etdirdiyi yanaşmanı yada salmaq kifayətdir. Sülh təklifində yer alan prinsipləri dəstəkləyən Emmanuel Makron həmin görüşdən bir həftə keçməmiş erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycanın ünvanına əsassız ittihamları ilə diqqətdə oldu.

Üçtərəfli görüşdə Brüsseldə belə danışıqların mümkün qədər tez-tez aparılması barədə razılığa gəlindi. Qərara alındı ki, liderlər növbəti dəfə Brüsseldə bu ilin iyul ayında görüşsünlər. Həmçinin yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişineuda baş tutacaq 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşün keçirilməsi nəzərdə tutulur.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına xidmət edən hər bir görüş hədəfə doğru atılan mühüm addımdır. Bu baxımdan Brüssel görüşü Azərbaycanın diplomatik uğurlarının davamı kimi dəyərləndirilməlidir. Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ən azı 86,6 min kvadratkilometr ərazisini rəsmən və açıq şəkildə tanıdığını bəyan etməsi, müzakirələrdə Zəngəzur dəhlizinin, xüsusilə də dəhlizin dəmir yolu hissəsinin açılması məsələsində irəliləyişin əldə olunması və sair kimi mühüm məqamlar beynəlxalq hüququn norma və prinsiplərinin prioritetliyini bir daha təsdiqləyir. Azərbaycan Xarici İşlər Nazirliyinin görüşlə bağlı şərhində də qeyd edildiyi kimi Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit olunması, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib