Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin martı

Bakı, 9 fevral, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X   X   X

3 mart - Prezident Heydər Əliyev Avropa Komissiyasının Zaqafqaziya və Orta Asiya bölməsinin rəhbərini qəbul etdi.

4 mart - Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşdü.

5 mart - ABŞ Dövlət Departamenti və ABŞ Konqresinin nümayəndələrini və Avropa Şurası Departamentinin direktorunu ayrı-ayrılıqda qəbul etdi.

7 mart - Xalq şairi Səməd Vurğunun 90 illik yubiley tədbirində iştirak etdi.

"Sevil" Azərbaycan Qadınları Məclisinin təşkil etdiyi görüşdə nitq söylədi.

13 mart - Fransanın “Fiqaro Meqezin” jurnalına müsahibə verdi.

17 mart - ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru ilə görüşdü.

20 mart - Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün təşkil edilən bayram şənliyində nitq söylədi.

21 mart - Qoşaqala qapısı önündə keçirilən Novruz bayramı şənliyində iştirak etdi. İçərişəhərdə və Şirvanşahlar sarayı muzeyinin həyətində ziyalılar, ədəbiyyat və incəsənət xadimləri ilə görüşdü.

26 mart - Xalq şairi Süleyman Rüstəmin 90 illiyinə həsr edilmiş yubiley tədbirində çıxış etdi.

27 mart - ABŞ-ın Azərbaycandakı səfiri Stenli Tuemler Eskuderonu qəbul etdi.

Pakistan İslam Respublikasının milli bayramı münasibətilə keçirilən rəsmi qəbulda nitq söylədi.

28 mart - Həcc ziyarətinə yola düşən zəvvarların bir qrupu ilə görüşdü.

30 mart - “Britiş Petroleum” şirkətinin baş icraçı direktoru Con Braunu və “Statoyl” şirkətinin vitse-prezidenti Yohan Nik Voldunu qəbul etdi.

31 mart - Şəhidlər xiyabanını ziyarət etdi.

“20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Fərman imzaladı.

X   X   X

Heydər Əliyev xalqın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsini vacib hesab edir, bu məqsədlə görkəmli ədiblərin, mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsinə, yubileylərinin keçirilməsinə xüsusi önəm verirdi. 1997-ci il martın 6-da Xalq şairi Səməd Vurğunun 90 illik yubileyi münasibətilə şairin ev-muzeyini ziyarət edən Ulu Öndər bununla bağlı fikirlərini bölüşdü. Qeyd etdi ki, milli ənənələrin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün belə muzeylər lazımdır.

Martın 7-də şairin 90 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Heydər Əliyev mürəkkəb bir dövrdə yaşamış Səməd Vurğunun hər kəsə Azərbaycan dilini daha da sevdirdiyini vurğuladı. Onun Azərbaycan poeziyasında yeni bir yol açdığını qeyd edərək dedi ki, Səməd Vurğun şeirimizi yüksək səviyyəyə qaldırdı, öz şeirləri ilə Azərbaycan dilini zənginləşdirdi və inkişaf etdirdi. Bu şeirlər müasirlərimizə, gənc nəslə ilham verir, onlara vətəni, milləti, torpağı sevməyi öyrədir. Ulu Öndər “Azərbaycan” şeirini buna misal göstərdi.

Sitat: “Səməd Vurğunun "Azərbaycan" şeiri dillərdə əzbər olub. Bilirsiniz, o qısa sözlərdə o qədər dərin məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib, təkrar edərkən öz xalqına, ölkəsinə bir daha öz məhəbbətini, sevgisini, sədaqətini ifadə edir: El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən! Anam, doğma, Vətənimsən! Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!

Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır”.

Ulu Öndər dövlət müstəqilliyini tarixi nailiyyət adlandırır, Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu yolundan dönməyəcəyini qətiyyətlə bəyan edirdi. Vurğulayırdı ki, bu yol müvafiq qanunların qəbul olunmasından keçir. Burada isə hüquqşünasların rolu əvəzsizdir. Heydər Əliyev hüquqi dövlət quruculuğu ilə bağlı fikirlərini ona Moskva Dövlət Hüquq Akademiyasının fəxri doktoru adı verilməsi münasibətilə keçirilən mərasimdə (1997-ci il martın 29-u) bir daha diqqətə çatdırdı.

Sitat: “Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətdir, biz onu möhkəmləndirəcək və inkişaf etdirəcəyik. Azərbaycan demokratiya, tərəqqi yolu ilə gedir və hüquqi dövlət qurur. Bu, quruca söz deyil, gerçəklikdir. Bununla bərabər, dövlət bir kəlmə ilə, bir ifadə ilə hüquqi dövlət olmur. Dövləti hüquqi, əsl demokratik dövlət etmək üçün qanunlar, digər tədbirlər gərəkdir. Odur ki, biz bu yolla gedirik. Biz iqtisadiyyatı yenidən qururuq, özəlləşdirmə haqqında qanun qəbul etmişik və onu həyata keçiririk. Amma ağıl-kamalla, iqtisadiyyatımızın sosial yönümünü nəzərə alaraq. Zənnimcə demək olmaz ki, səhv buraxmayacağıq, səhvlərdən heç kəs sığorta olunmayıb. Lakin biz bu yolu daha az nöqsanlarla keçəcəyik”.

Qadınların cəmiyyətdəki mövqeyini, yeni nəslin formalaşmasında rolunu yüksək qiymətləndirən Heydər Əliyev dövlətin qadın siyasətinin əsasını qoydu. Onun qadınlara verdiyi dəyər 1997-ci il martın 7-də “Sevil" Azərbaycan Qadınları Məclisinin təşkil etdiyi görüşdəki çıxışında öz parlaq əksini tapıb. Ulu Öndər çıxışında deyirdi: Azərbaycan qadını öz ağlı, istedadı ilə fərqlənir, cəsur, vətənpərvər, millətinə və dövlətinə sədaqətlidir.

X X X

Heydər Əliyevin “Sevil" Azərbaycan Qadınları Məclisinin təşkil etdiyi görüşdəki çıxışından

*Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına görə, biliklərinə, istedadlarına görə, eyni zamanda, gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik.

*Xalqımız milli azadlıq yolu ilə gedir, ölkəmiz müstəqil dövlətdir. Bu keçid dövründə həyatımızda çoxlu çətinliklər, çox böyük maneələr var. Bunlar hamısı bizdən daha fəal işləməyi, daha səfərbər olmağı tələb edir, cəmiyyətimizi, respublikamızın bütün insanlarını daha da birliyə, həmrəyliyə dəvət edir. Bu sahədə qadınların rolu çox böyükdür. Qadınlar həmişə sülh, xoş münasibətlər tərəfdarı olublar. Qadınlar həmişə yaxşı ailələr yaradan qüvvə olublar.

*Xatirimdədir, 1994-cü ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd göstərən qüvvələr baş qaldırıb ölkənin konstitusion hakimiyyətinin əleyhinə çıxdığı bir zamanda mən televiziya vasitəsilə xalqa müraciət edərkən gecə vaxtı Prezident Sarayının ətrafına yüz minlərlə insan toplaşdı. Onların içərisində qadınları görəndə, yaşlı, gənc qadınları, qucağında təzəcə doğulmuş, yenicə dünyaya gəlmiş uşaqla, südəmər uşaqla o meydana ayaqyalın gələn qadınları görəndə mən bir daha düşündüm ki, qadınlar nə qədər vətənpərvər, millətinə, ölkəsinə, dövlətinə nə qədər sədaqətlidirlər, eyni zamanda nə qədər cəsur, qorxmaz, qəhrəmandırlar.

*Qadınlarımız müstəqil Azərbaycanın dövlətçiliyinin dayağıdırlar, görəcəyimiz bütün işlərin dayağıdırlar. Ona görə də mən qadınlara indiyə qədər güvəndiyim kimi, bu gün də güvənirəm, sabah da güvənəcəyəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır

Corc Ceykob Kuvakad: Bu səfər Azərbaycanı yaxından tanımaq baxımından dəyərli bir fürsət oldu

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir

Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında strateji dialoq aparılıb

Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti müzakirə edilib

Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Vens ABŞ ilə İran arasında 60 günlük danışıqlar dövrünün rəsmi olaraq başladığını elan edib

Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır

AZPROMO WAIPA ilə investisiya təşviqi sahəsində təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparıb

BƏƏ Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biridir

Su qıtlığı səbəbindən Yunanıstanın iki adasında fövqəladə vəziyyət elan olunub

Bu saata olan əsas xəbərlər

Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir

Gürcüstanda çaylardakı daşqın ehtimalı ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

Rusiya XİN: Qərb hərbi proqramlar vasitəsilə Ermənistana təsirini gücləndirməyə çalışır

“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb

Ombudsmanların Bakı Sammiti: Süni intellektin istifadəsi şəffaflıq, ədalət və bərabərlik prinsipləri ilə birbaşa əlaqəlidir

Zaxarova: Rusiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın bərpa olunmasına ümid edir

Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub

Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir

Qlobal neft ticarətinin 2050-ci ilədək 25 faiz artacağı proqnozlaşdırılır

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib RƏY

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-3 VİDEO

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

Prezidentin çıxışı Azərbaycanın gələcək inkişaf modelinin strateji istiqamətlərini ortaya qoyur ŞƏRH

BDU ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında anlaşma memorandumu imzalanıb

Ekspert: Azərbaycan dünya reytinqlərində keyfiyyətli ali təhsil məkanı kimi formalaşır

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib

“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Prezident Kitabxanasının elektron layihəsi təqdim olunub

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

ADU-nun rektoru: Kolumbiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri daha səmərəli olacaq

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Professor: Azərbaycan Cənubi Qafqazda və Türk dünyasında geosiyasi əhəmiyyətini daha da gücləndirib

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Uandayi: Azərbaycanın zəngin təcrübəsinin Keniya ilə bölüşülməsi ölkəmizin enerji mənbələrinin səmərəli istifadəsinə mühüm töhfə ola bilər

Şeirimizdə və yazılı abidələrimizdə insan haqları - elmi sessiya

Çində Əjdaha Qayıqları Bayramı günlərində dəmir yolu ilə 83 milyon sərnişinin daşınacağı gözlənilir

NATO nüvə potensialının modernləşdirilməsi ilə bağlı razılığa gəldiyini bəyan edib

Rusiya Ermənistana etiraz notası göndərib

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq

Baş Qərargah rəisi MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Nazir müavini: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub

Türk İnvestisiya Fondu ilə maliyyə institutları üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

Azərbaycanın mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu daha da yüksəldir - ŞƏRH

Qlobal neft tələbatı 2050-ci ildə gündəlik 124,1 milyon barelə çatacaq

Norveç dünyada ilk gəmi tunelini tikir

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

Nazir müavini: Azərbaycan üçün yaşıl keçid təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanları deməkdir

2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir - HESABAT

“İstedadın ilk addımları” sərgisi balaca rəssamların yaradıcılıq dünyasını təqdim edib

Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri dəyərləndirilib

Ekspert: Uşaqlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir

Azərbaycan dünya trendindən geri qalmır – ŞƏRH

AzMİU və Ankara Universiteti daşınmaz əmlakın idarə edilməsi üzrə ikili diplom proqramına başlayır

Xaricdə təhsil üzrə yeni imkanlar sərgi iştirakçılarının diqqətinə çatdırılır

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir VİDEO

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir VİDEO

Büdcə vəsaitlərinin 3,5 faizi kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib

Bakı Sammitində şəxsi məlumatların qorunması ilə bağlı çağırışlar səsləndirilib

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi üzrə yeni model

Qazaxıstan vətəndaşları mal və xidmətlərin ödənişi üçün vahid QR koddan istifadə edə biləcəklər