Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici kütləvi informasiya vasitələri Qarabağda “humanitar fəlakət” ilə bağlı yalanları ifşa edir

Bakı, 25 iyul, AZƏRTAC

Bir çox xarici KİV-lər Laçın yolu ilə bağlı vəziyyət və Qarabağ separatçılarının regionda guya “humanitar fəlakət” barədə yalan bəyanatlarını ifşa edən materiallar dərc edirlər. Məqalələrdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizə humanitar yüklərin çatdırılması imkanı barədə Avropa İttifaqının bəyanatından sonra separatçı rejiminin artan spekulyasiyalarına xüsusi diqqət yetirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə xüsusilə Rumıniyanın “DIGI24” və Bolqarıstanın “sofiaglobe” nəşrləri, eləcə də Ukraynanın “ukranews.com” portalında ətraflı bəhs olunub. Həmin nəşrlərdə yayımlanan və siyasi icmalçı Svetlana Kuşnirin müəllifi olduğu məqalədə deyilir ki, Qarabağda separatçılar “Aİ-nin Azərbaycanın Qarabağ bölgəsinin erməni anklavına humanitar yüklərin çatdırılması üçün əlavə yolun açılması haqqında bəyanatından sonra” humanitar marşrutu bağlayıblar.

Müəllif qeyd edir ki, Avropa Şurasının Prezidenti Şarl Mişel Bakının Azərbaycanın Ağdam şəhəri vasitəsilə Qarabağın erməni əhalisinə humanitar yardımın çatdırılmasını təşkil etmək niyyəti barədə bildirib. Materialda deyilir: “Şarl Mişelin Azərbaycanın əlavə marşrut açmağa hazır olması barədə bəyanatına cavab olaraq “Artsaxın təhlükəsizliyi və inkişafı cəbhəsi” rusiyapərəst hərəkatının nümayəndələri iyulun 18-də Ağdamdan Xankəndiyə gedən yolu beton bloklarla bağlayıb, burada “aclıq və humanitar fəlakət”in hökm sürdüyünü bildirirlər. Bu bəyanatlar Xankəndidə korporativ məclislər üçün asanlıqla ət, balıq, pendir, desertlər sifariş etdiyini deyən ukraynalı deputat Vladimir Kreydenkonun araşdırması ilə təkzib edilir”.

Latviyanın “La.lv” portalı isə öz növbəsində oxucuların diqqətini “Artsaxın təhlükəsizliyi və inkişaf cəbhəsi” adlandırılan qurumun rusiyalı oliqarx Ruben Vardanyan tərəfindən təsis edilməsinə yönəldir. Bu barədə Ukraynanın “Censor”, “Politeka.net”, “Ukranews” və “Kr” kimi xəbər saytları da xəbər verir. “Kr” bildirir ki, “Kreml Ukrayna Donbası, Gürcüstan Cənubi Osetiyası və Moldova Dnestryanı ssenarisi üzrə Qarabağda Ermənistan-Azərbaycan münaqişəsini dondurmağa çalışır. O, yalnız bu yolla öz mövqelərini, o cümlədən Cənubi Qafqazda və Şərqi Avropadakı hərbi mövcudluğunu qoruyub saxlaya biləcək”.

Nəşrlərdə qeyd edilir ki, “Rusiyanın separatçı anklavların köməyi ilə nəzarətə götürməyə çalışdığı digər postsovet ölkələrində olduğu kimi, Ermənistan-Azərbaycan danışıqlar prosesində də əsl vasitəçi Aİ və ABŞ-dır”.

“Sülh sazişinin bağlanması Rusiya Prezidenti Vladimir Putini Cənubi Qafqazdakı mövqeyindən məhrum edəcək və İrəvanın son olaraq Qərbə yönləndirilməsinə töhfə verəcək”, - deyə Svetlana Kuşnir “Ukranews”da dərc olunmuş məqaləsində yazır.

ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetində dərc olunan məqalənin müəllifi də bu fikirlə şərikdir. Məqalədə qeyd olunur: “Rusiya Cənubi Qafqazda etnik münaqişə ocaqlarının sönməməsi üçün AzərbaycanınQarabağdakı erməni azlığını manipulyasiya etməyə çalışır”.

Öz növbəsində, ingilis dilində nəşr olunan Rumıniyanın “Romanian Newsweek” həftəlik jurnalı vurğulayır: “Bu, [erməni separatçılarından Qarabağda istifadə olunması] Moskvaya Cənubi Qafqazda hərbi mövcudluğunu saxlamağa imkan verir”.

Gürcüstanın “Primetime” və “Nyushub” nəşrləri ona diqqət çəkirlər ki, Moskvadan fərqli olaraq Avropa İttifaqı Cənubi Qafqazda sülhdə maraqlıdır. Çünki Avropa İttifaqı regional nəqliyyat marşrutları, xüsusən də Zəngəzur dəhlizi vasitəsilə Rusiyadan yan keçməklə Çinə birbaşa tranzit imkanı əldə edəcək.

Eyni mövzuya “Moldova-1” televiziya şousunun buraxılışında da toxunulub. Burada bildirilir: “Bu dəhlizin açılması Avropa İttifaqına Rusiyadan yan keçməklə, Türkiyə, Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya vasitəsilə Çinlə birbaşa nəqliyyat əlaqəsi yaratmağa imkan verəcək”.

Avropa və ABŞ KİV-lərində qeyd edilir ki, bu, həmçinin Azərbaycana Avropa İttifaqının əsas enerji tərəfdaşına çevrilməsinə, Avropaya isə Rusiya qalıq yanacağından məhrum olmağı kompensasiya etməyə imkan verəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda orta məktəb binasında yanğın baş verib

Azərbaycan qlobal dəyərlərin daşıyıcısıdır ŞƏRH

Səyyar “ASAN xidmət” Ağdaşda

WUF13-ün Azərbaycanda keçirilməsi insan mərkəzli memarlıq mərhələsinin yeni mərhələyə keçdiyini göstərir ŞƏRH

Hatayın yeni siması: Türkiyədə dağıdıcı zəlzələlərin izləri silinir

Hacıqabulda 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

BDYPİ yol hərəkəti iştirakçılarını qaydalara ciddi əməl etməyə çağırır

Mehdiabadda kolbasa istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgi hazırlanıb

Yalçın Rəfiyev: Qlobal transformasiya şəraitində gənclərin diplomatik biliklərinin artırılması vacibdir

Antonio Quterreş nüvə silahları ilə bağlı təhlükənin artması barədə xəbərdarlıq edib

Azərbaycan klubu basketbolçusu ilə yollarını ayırıb

Türkiyə futbolunda qumar qalmaqalı ilə bağlı ittiham aktı hazırlanıb

Dünya birjalarında neft ucuzlaşıb

Dünya bazarında qızıl 49 dollara yaxın ucuzlaşıb

NBA: Son çempion səfərdə uduzub

Əksər ərazilərə qar yağıb

Xosep Qvardiola “Mançester Siti”dən ayrılır

TKT imtahanına qeydiyyat aparılır

Leyla Həsənova: “Qoşulmama Hərəkatı Gənclər Həftəsi” nəsillərarası dialoq üçün mühüm platformadır VİDEO

Leyla Həsənova: “Qoşulmama Hərəkatı Gənclər Həftəsi” nəsillərarası dialoq üçün mühüm platformadır VİDEO

BMT süni intellektlə bağlı mütəxəssis komissiyası yaradır

Bakıda “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılış mərasimi keçirilir

Dünya Hökumət Sammiti çərçivəsində Azərbaycanın təhsil əməkdaşlığı müzakirə olunub

Afət Abbasova: Qara Qarayev Şərq və Qərb musiqi dünyasını birləşdirən nadir bəstəkarlardandır

Bu gün Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başlayır

Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq

Xocasən qəsəbəsi ərazisində qanunsuz tikili sökülüb VİDEO

Xocasən qəsəbəsi ərazisində qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan Kuboku: “Qarabağ” “Şamaxı”nın, “Kəpəz” “Turan Tovuz”un qonağı olacaq

Azərbaycan səfiri Şri-Lankada görüşlər keçirib

Samuxda keçmiş məhkum 16 kiloqram narkotiklə saxlanılıb

“Cahan Sənaye Kompleksi”ndə 340 yeni iş yeri yaradılacaq

Bütün nəsillərin müasiri

Bakının bəzi yollarında sıxlıq yaranıb

Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açılıb

Meşə yanğınlarından yaranan tüstü hər il 24 min amerikalının həyatına son qoyur

Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın müxtəlif aspektləri müzakirə olunub

Avrozonada inflyasiya azalıb

Tramp: İranda nüvə silahını məhv etməsəydik, Yaxın Şərqdə sülh olmazdı

UNICEF nümayəndəsi: Ukrayna müharibə başlayandan ən ağır qışı yaşayır

Fransada partlamamış sursata görə gəmilərin hərəkəti dayandırılıb

BMT: Terrorçu qruplar süni intellektdən getdikcə daha fəal istifadə edir

Finlandiyada dünyanın ən böyük “Runeberq” tortu hazırlanıb

Volodimir Zelenski: Müharibədə 55 min ukraynalı hərbçi həlak olub

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

Zelenski Ukrayna və Rusiya nümayəndələrinin Əbu-Dabidə görüşünün ilkin nəticələrini açıqlayıb

"Qalatasaray" Türkiyə Kubokunda növbəti qələbəsini qazanıb

Avropa İttifaqı səfirləri Ukrayna üçün 90 milyard avroluq kreditin detallarını razılaşdırıb

Serbiya XİN-in dövlət katibi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olub

Azərbaycanın qadın güləşçiləri ilin ilk yarışına çıxırlar

Qarlı Bakı havası

Bakıda bəzi yollarda sürət həddi aşağı salınıb

Ərdoğan: Türkiyənin Misirdə investisiyalarının həcmi 4 milyard dollara çatıb

Nazir: Ukraynaya qarşı müharibə Rusiyanın özünün ziyanınadır

Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb

Tokayev: Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir VİDEO

Tokayev: Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir VİDEO

Pakistanın Baş naziri: Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır VİDEO

Pakistanın Baş naziri: Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır VİDEO

Şahbaz Şərif: Münaqişələr məngənəsində olan dünyada Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb VİDEO

Şahbaz Şərif: Münaqişələr məngənəsində olan dünyada Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb VİDEO

Ərdoğan: Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri dəstəkləyirik VİDEO

Ərdoğan: Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri dəstəkləyirik VİDEO

Qazaxıstan və Pakistan arasında Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı müzakirə edilib

Türkiyə Prezidenti: Misirlə ticarət dövriyyəmizi 15 milyard dollara yüksəltməyi qarşıya məqsəd qoymuşuq

Ukraynanın Drujkovka şəhəri kaset mərmiləri və bombalarla vurulub

Si Cinpin: Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək

ABŞ Dövlət katibi: İranla danışıqların mənalı olması üçün ballistik raketlər məsələsinin də müzakirəsi aparılmalıdır

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb

Donald Tramp: Prezident Si ilə yaxşı münasibətlərim var

Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib  Prezident İlham Əliyevə mükafat təqdim olunub YENİLƏNİB 2  VİDEO

Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib
Prezident İlham Əliyevə mükafat təqdim olunub YENİLƏNİB 2 VİDEO

Marko Rubio: Rusiya-Ukrayna məsələsində real irəliləyiş əldə etmişik

Ədalətin təntənəsi: Xalqımıza qarşı cinayət törədənlər cəzasız qalmadı VİDEO

Ədalətin təntənəsi: Xalqımıza qarşı cinayət törədənlər cəzasız qalmadı VİDEO

Qrenlandiyada temperatur rekordu iqtisadiyyatın yenidən istiqamətlənməsinə səbəb olub

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

Prezidentin BƏƏ-yə səfəri Azərbaycan-Körfəz münasibətlərini strateji müttəfiqlik mərhələsinə yüksəldir ŞƏRH

Şərurun dağlıq ərazisində biotexniki tədbir keçirilib

TÜRKPA ilə TÜİB arasında əlaqələr daha da gücləndirilir

İspaniyalı memar: Bakıda həm ictimai məkanlara, həm də müasir memarlığa fəal investisiya yatırılır - MÜSAHİBƏ

Parklar arasında piyadaların hərəkəti: mövcud vəziyyət və yanaşmalar VİDEO

Parklar arasında piyadaların hərəkəti: mövcud vəziyyət və yanaşmalar VİDEO

Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir

Qış Olimpiya Oyunlarına geri sayım: Dünyanın diqqəti fonunda 3500 idmançı, 5,3 milyard avro

Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərin tənzimlənməsində etibarlı platforma kimi də çıxış edir ŞƏRH

Qarşılıqlı səfərlər, güclənən əməkdaşlıq: Bakı–Əbu-Dabi xətti VİDEO

Qarşılıqlı səfərlər, güclənən əməkdaşlıq: Bakı–Əbu-Dabi xətti VİDEO

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib

Ekspert: Qar və yağışların həcminin artması ölkədə su ehtiyatlarına müsbət təsir göstərir

Azərbaycan Kuboku: 1/4 final mərhələsi qolsuz heç-heçə ilə başlayıb

Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşür VİDEO

Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşür VİDEO

WUF13 üzrə Könüllülük Proqramı çərçivəsində “Dayanıqlı şəhərsalma və Davranışlar” mövzusunda 1000-ə yaxın iştirakçı üçün təlimlər keçirilir

Ölkə üzrə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb

Şimal bölgəsindən 447 şagird RFO-nun yarımfinal mərhələsinə vəsiqə qazanıb

Məleykə Abbaszadə: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərlə bağlı nazirliyə müraciət etmişik VİDEO

Məleykə Abbaszadə: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərlə bağlı nazirliyə müraciət etmişik VİDEO

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Belarus Dövlət Universiteti ilə Coğrafiya İnstitutu arasında memorandum imzalanıb

Ermənistanın Baş naziri: Sülh hər bir kəsə lazımdır

Sabunçu rayonunda oğurluq edən şəxslər saxlanılıblar

“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı keçirilib

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

“SOCAR Energy School” sertifikat proqramı çərçivəsində “Hidrogen Texnologiyaları” mövzusu müzakirə edilib

Paşinyan: Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar

Çin və ABŞ liderlərinin telefon danışığı olub

Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi genişləndiririk

Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində “Dizayn günləri” formatında praktiki sessiyalar keçirilib

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətləri Sammitində

Baş katib: Orta Dəhliz qlobal təchizat zəncirlərinin dayanıqlığını gücləndirən strateji marşruta çevrilir - MÜSAHİBƏ VİDEO

Baş katib: Orta Dəhliz qlobal təchizat zəncirlərinin dayanıqlığını gücləndirən strateji marşruta çevrilir - MÜSAHİBƏ VİDEO