® “AZINCLOUD” ilə biznesinizi bulud mühitinə köçürün!
“AzInTelecom” MMC-nin fərdi “bulud” xidməti olan “AZINCLOUD” bizneslərə lokal serverlər üzərindən sürətli və təhlükəsiz hostinq xidmətləri təqdim edir.
Rəqəmsallaşma dövründə veb-saytların və mobil tətbiqlərin kəsintisiz və təhlükəsiz işləməsi biznesin inkişafı üçün strateji rol oynayır. Məlumatların serverlərdə saxlanılması xidməti olan hostinq həlləri isə müasir kibertəhlükələr fonunda informasiyaların qorunması və effektiv idarəsi üçün əhəmiyyətlidir. Bu baxımdan hədəf auditoriyaya yaxın yerli serverlərin seçilməsi ən doğru texniki addım hesab olunur.
“AZINCLOUD” platformasının bizneslərə ölkə daxilində yerləşən serverlər vasitəsilə hostinq imkanları təklif etməsi məlumat ötürülməsini sürətləndirərək şəbəkə gecikmələrini minimuma endirir. "İstifadə etdiyin qədər ödə" modeli xüsusilə kiçik və orta sahibkarlar üçün xərcləri optimallaşdıraraq sərfəli imkanlar yaradır. Ana dilində interfeys, milli valyuta ilə ödəniş və əməliyyatların asanlıqla aparılma imkanları isə “AZINCLOUD”u bizneslərin etibarlı rəqəmsal tərəfdaşına çevirir.
Qeyd edək ki, Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” “AZCON” Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Əlavə məlumat üçün azincloud.az saytını ziyarət edə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]
Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub
- 10.08.2026 [15:06]