® Bu endirim kampaniyasında qiymətlər danışacaq
“Tamstore” Marketlər şəbəkəsi aprelin 16-19-da yenidən “Biz susuruq, qiymətlər danışacaq” kampaniyasına start verəcək.
Kampaniya zamanı “Vanak” və “Günaydın” kərə yağları 12.99 manata, “Romaşka” xama 25 faiz 320 qramlıq 3.99 manata, “Tanelli” 5 kiloqramlıq makaron 3.90 manata, “Əşrəfi” 2 kiloqramlıq basmati düyü kisəsi 6.98 manata, “Bammi” 32 tualet kağızı rulonu 9.99 manata, “Pervol” yuyucu maye 1 litr 5.65 manata, “Ariel” 5 kiloqramlıq yuyucu toz 15.99 manata təklif olunacaq. Bundan başqa aprelin 18-19-da təzə toyuğun 1 kiloqramı 3.99 manat və sümüklü dana döş ətinin 1 kiloqramı 14.99 manat olacaq. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada meyvə və tərəvəz maya dəyərinə, 2200 çeşiddə məhsul isə müxtəlif endirimlərlə təklif olunacaq.
Kampaniya zamanı endirimlər seçilmiş toyuq və ət məhsullarına, süd və süd məhsullarına, kərə yağı və bitki yağlarına, makaron, düyü və paxlalı məhsullara, şirniyyatlara, içkilərə, təmizlik və baxım məhsullarına, eyni zamanda, evinizə lazım olacaq kiçik məişət əşyalarına da tətbiq olunacaq.
Qeyd edək ki, “Tamstore” marketlər şəbəkəsi Bakı ilə yanaşı, Xırdalan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Hacıqabul, Ağdaş, Ağcabədi, Salyan, Cəlilabad, Masallı, Şəmkir, Bərdə, Zaqatala, Şəki, Şamaxı, Beyləqan və Mingəçevirdə də fəaliyyət göstərir. Endirimlər şəbəkənin Naxçıvan xaric bütün filiallarında keçərli olacaq. Bütün filiallar 24 saat müştərilərin xidmətindədir.