® Fəaliyyətinin 27-ci ilində hər zamankından daha güclü “Rabitəbank”
Müstəqil Azərbaycanın ilk banklarından biri olan “Rabitəbank”ın fəaliyyətə başlamasının 27-ci ili tamamlanıb. Ötən il ərzində innovativ dəyişiklikləri sayəsində bank proqressiv və davamlı inkişafa nail olub, maliyyə sabitliyini təmin edib, maliyyə bazarında ən səmərəli banklardan birinə çevrilib.
27 il ərzində “Rabitəbank” daim müştərilərinə göstərdiyi xidmət keyfiyyətini artırmaq, yenilikçi addımları ilə onların rəğbətini qazanmağa və həyatlarını rahatlaşdırmağa çalışıb. Ölkənin 10 ən böyük banklarının sırasında yer alan “Rabitəbank” 2019-cu maliyyə ilini 15 milyon manat mənfəətlə başa vurub. Hazırkı dövrdə isə bankın aktivləri 1 milyard manata, kredit portfeli isə 400 milyon manata yaxınlaşmaqdadır.
Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim nümunəvi olan “Rabitəbank” 27-ci fəaliyyət ili ərəfəsində rəqəmsal həllər vasitəsilə bank xidmətlərinə əlçatanlığı artırmaq və müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində mühüm dəyişiklər həyata keçirib:
- Rebrendinq edərək loqo və korporativ üslubu dəyişib;
- “Rahat bankçılıq” fəlsəfəsini öz işində əsas fəaliyyət prioritetinə çevirib;
- Müştərilərinə daha yaxın olmaq üçün “Rabitəbank Mobil” tətbiqini təqdim edib;
- Üstünlükləri ilə Azərbaycanda ilkə imza atan “Kartmane” məhsulunu təqdim edib;
- Azərbaycanda “Mesencer” və “Telegram” platformalarından maliyyə əməliyyatlarını icra edən “RabitaBot” adlı ilk çatbot təqdim edib.
Rəqəmsal bankçılıq imkanlarını genişləndirməklə yanaşı fiziki imkanlarına da qənaət etməyərək filial və şöbələrin daha komfortlu və operativ həll məkanına çevrilməsi üçün investisiya yatırıb.
“Rabitəbank” bu yeniliklərinin ardınca 2020-ci ilə birinciliklərlə start verib:
- “Business Time” jurnalı tərəfindən təşkil edilən “Azeri Business Award” Milli mükafatında Kartmane kartı “İlin bank məhsulu”;
- “Visa” tərəfindən keçirilən "Visa Global Challenge" beynəlxalq yarışında 17 komanda arasından 1-ci yer;
- Kiyev Beynəlxalq Reklam Festivalında (KIAF) "Ödənişlərinizi nağdsız edin" poster seriyası “Dizayn&Brendinq” və “Çap&Nəşriyyat” kateqoriyalarında iki qızıl mükafat.
“Rabitəbank” bu gün 800-ə yaxın əməkdaşı ilə 350 mindən çox müştəriyə - fiziki və hüquqi şəxslərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir.
Ad gününə özəl olaraq bank hüquqi şəxslər və fərdi sahibkarlara dəstək göstərməyə davam edərək 300 min AZN-dək girovsuz kredit məhsulunu müştərilərə təqdim etmişdi. Bu və digər sərfəli kredit məhsulları ilə “Rabitəbank” Azərbaycanın bütün sektorlarına maliyyə dəstəyi göstərmək gücündədir. Ad günü münasibətilə “Rabitəbank” Kartmane kart istifadəçilərini, həm korporativ, həm də fiziki şəxs müştəriləri sevindirəcək silsilə kampaniyalara start verib. Kampaniyalar haqqında ətraflı məlumat bankın rəsmi internet saytından əldə edilə bilər.
Hazırda hökm sürən Koronavirus pandemiyası dövründə “Rabitəbank” sosial yönümlü layihələrini də axsatmadı. Sosial məsuliyyət missiyasına sadiq qalaraq bank Müqəddəs Ramazan bayramı münasibətilə 100-dən çox aztəminatlı ahıllara ərzaq yardımı, “ASAN xidmət”lə birgə “Təhsiliniz gələcəyimizdir” layihəsi çərçivəsində Tərtərdə və Laçından məcburi köçkünlərin məskunlaşdığı Mişni obasında aztəminatlı ailələrin məktəbli əlaçı övladlarına notbuklar və bir illik pulsuz internet, habelə illərdir, ev arzusunda olan 9 nəfərlik məcburi köçkün ailəsinə mənzil şəraitini yaxşılaşdırmaq üçün 65 min AZN dəyərində pul yardımı həyata keçirmişdir.
“Rabitəbank” ötən illərdə əldə etdiyi nailiyyətlərdən ilhamlanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir. 27 ildir güclü və daha dinamik rabitədə qaldıqları üçün Bank bütün əməkdaşlarına və müştərilərinə sonsuz minnətdarlıq duyur və yeni yaşında yaddaqalan fəaliyyətlərə imza atmağı hədəfləyir.
"Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, “İnternet Bankinq” və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.