® “Kapital Bank” sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir
“Kapital Bank” evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir. Müştərinin gəlirlərinin rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq və hələ də ev almaq arzusunda olanlar bankın öz vəsaiti hesabına verilən 250 min manatadək məbləğdə olan ipoteka kreditindən bəhrələnə bilərlər.
İpoteka kreditinin məbləği 30 min - 250 min manat aralığında dəyişir, müddəti isə 36 aydan 120 ayadək təşkil edir. Kampaniya çərçivəsində faiz dərəcəsi 10 faizdən başlayaraq müəyyən olunur. “Kapital Bank” ilə partnyor olan tikinti şirkətləri ilə əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 min manatadək artırıla bilər. Kampaniya sentyabrın 30-dək davam edir.
Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq 15-50 faiz arasında dəyişir. İpoteka krediti verildikdə həm əmlak, həm də həyat sığortasının olması zəruridir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 “WhatsApp” nömrəsinə ünvanlaya bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]