Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Qazax Sement Zavodunun Qarabağın azad edilmiş şəhərlərinin bərpası planları haqqında

Rəşadətli Azərbaycan Ordusunun işğal altındakı Qarabağın azad olunması istiqamətində irəliləməsi bütün Azərbaycan xalqını sevindirir və qürurlandırır. Amma hamı başa düşür ki, qarşıda şəhərlərimizin və kəndlərimizin dirçəldilməsi, düşmən tərəfindən dağıdılmış ərazilərin çiçəklənən diyara çevrilməsi üçün böyük iş dayanır.

Xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır. Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilib.

Tezliklə biz nəhəng tapşırığın öhdəsindən gəlməliyik, Azərbaycan ərazilərinin 20 faizini yenidən bərpa etmək, müharibədə dağılmış Füzuli, Cəbrayıl, Kəlbəcəri dirçəltmək, Gəncə, Tərtər və digər şəhərlərin rəhmsizliklə atəşə tutulmasının fəsadlarını aradan qaldırmaq.

Bu cür ciddi tapşırığın öhdəsindən gəlmək üçün hər şeydən əlavə çoxlu tikinti materialları lazım olacaq, bunun da əsas komponentlərindən biri sementdir. Sement kimi vacib xammalın istehsalını artırmaq və eyni zamanda, onun keyfiyyətini yüksəltmək lazım olacaq.

Döyüş əməliyyatları zonasına bitişik olan Gəncə-Qazax rayonunda ən böyük regional müəssisələrdən biri “Qazax sement zavodu” MMC (QSZ) yerləşir. Bu, ölkənin həmin məhsula tələbatının təxminən üçdə bir hissəsini təmin edir. Fəaliyyətinin ilk illərində ildə bir milyon ton sement istehsalı ilə başlayan zavod indi istehsal həcmini 1,5 milyon ton sement və sutkada təxminən 3500 ton klinkerədək çatdırıb. Zavodun Gürcüstan üçün ixrac portfeli ildə 5-6 milyon dollara bərabərdir.

Müəssisə yüksəkkeyfiyyətli əhəngdaşı ilə zəngin Avey dağının ətəyində yerləşir. İstehsalat dünyanın aparıcı şirkətlərinin ən müasir texnikası və texnologiyaları ilə təchiz edilib və bu, dünya standartlarına cavab verən məhsul istehsal etməyə imkan verir.

“Qazax sement zavodu” MMC-nin idarə heyətinin sədri Vüqar Süleymanov bildirib ki, müəssisə regionun iqtisadi inkişafına, əhaliyə sosial dəstək məsələlərinə xüsusi diqqət ayırır.

Bu ilin martında Azərbaycanda ilk koronavirus xəstələri aşkar olunanda müəssisə Almaniyadan 2 milyon avroya premium tipli 50 “Lyra x2” ağciyərlərin süni ventilyasiya aparatı alıb. Bu o zaman idi ki, dünyada bu aparatlar az tapılırdı. Son anda böyük tələbat səbəbi ilə Almaniya bu aparatları Azərbaycana göndərib-göndərməməkdə tərəddüd etməyə başladı. Amma hüquqi mexanizmləri işə salmaqla, böyük səy göstərməklə aparatları Bakıya gətirmək mümkün oldu. Üç aparat Heydər Əliyev Fonduna, digər 47-si TƏBİB-ə təhvil verildi.

Sərt karantin müddətində, 65 yaşdan yuxarı insanların evlərini tərk etmək qəti qadağan olunanda zavod Qazaxda bütün tənha yaşlı şəxsləri 1 aylıq ərzaq məhsulu ilə təmin edib. Həmin günlərdə 65 yaşdan yuxarı tənha şəxslər təhlükəli infeksiya qarşısında ən həssas vətəndaşlar qrupunda yer almışdı. Zavodun əməkdaşları mənzilləri gəzərək 130 nəfər tənha şəxsə ərzaq paylarını təqdim edib. Beləliklə, həmin şəxslərin təhlükəli infeksiyaya yoluxma riski azaldılıb.

V.Süleymanov bildirib ki, regionun iqtisadi, mədəni, sosial inkişafı bir çox halda gənclərin bu prosesdə iştirakından asılıdır. 2018-ci ildə Qazax rayonunun sərhəd kəndlərindən ali təhsili olmayan onlarla gənc zavodun peşəkar mütəxəssislərinin rəhbərliyi ilə kurslar keçərək müəssisədə işlə təmin olunub. İndi onlar ixtisaslı işçilərdir: “Yerli gənclərin işlə təmin olunması və öz rayonunun inkişafında iştirak etməsi çox vacibdir”.

Bu məqsədlə zavod Qazax və Ağstafadan olan və yüksək bal yığaraq ölkənin texniki ali tədris müəssisələrinə qəbul olmuş tələbələrin tədris müddəti üçün təqaüd təşkil edib. Tələbələr üçün, həmçinin zavodda təcrübə keçmələri və nəzəri biliklərinin artırılmasına şərait yaradılıb. Ötən il Qazax və Ağstafadan 11 tələbə təqaüd proqramına daxil edilib.

Zavod balaca vətəndaşlarını da unutmayıb. Qazax rayonunun Daş Salahlı kəndində uşaq bağçası-körpələr evi bərpa edilib. Kənd kifayət qədər böyükdür, 10 min nəfərədək əhali yaşayır. 55 uşaq üçün nəzərdə tutulan və iki uşaq meydançası olan bağça ağac və yaşıllıqlar arasında yerləşir. Məktəbəqədər müəssisə gözəl məişət şəraitinə - yemək otağı, yataq otağı, oyun otağı, sanitar qovşağı və sair malikdir. Bu ilin avqustunda isə zavod həmin kənddə 60 uşaq üçün nəzərdə tutulan daha bir bağçanın əsasını qoyub.

Müəssisə rəhbərliyi qədim yunan şüarına əməl edir: “Sağlam bədəndə sağlam ruh” və imkan daxilində regionda idmanın inkişafına kömək göstərir. Belə ki, 2019-cu ildə QSZ Tovuz rayonunun Olimpiya idman kompleksində güləş klubunun maddi-texniki bazasının yaradılmasında iştirak edib. Bu cür yardım Ağstafa rayonunda Soyuqbulaq kəndinin güləş zalına da göstərilib. İndi Qazaxda güləş zalına analoji dəstək müzakirə olunur.

QSZ-nin regional iqtisadiyyatın inkişafına töhfəsi xüsusilə əlamətdardır. “Tovuz ASAN Abad” layihəsi çərçivəsində Qazax sement zavodu meyvələrin qurudulması və emalı müəssisəsinin tikintisi üçün 5 milyon manat ayırıb. QSZ tərəfindən tikilmiş və Avropa standartlarına tam cavab verən fabrikin istehsal xətti artıq istismara verilib. Mütəxəssislər hesab edir ki, bu müəssisə yerli fermerlər üçün dəstək olacaq və onlar toplanan meyvələri vaxtında və səmərəli sata biləcəklər.

V.Süleymanov deyib ki, QSZ-də daimi olaraq 700-dək əməkdaş işləyir. Bundan başqa, müqavilə əsasında işləyən işçilər də var: konsaltinq, maliyyə, hüquq və digər təşkilatların əməkdaşları. Həmçinin Qazax zavodu ilə müxtəlif podrat şirkətləri əməkdaşlıq edir: “Biz öz işçilərimizə görə sosial məsuliyyət daşıyırıq. Onlar təkcə işlə deyil, həm də sosial müdafiə ilə təmin olunmalıdır”.

QSZ-nin rəhbəri vurğulayıb ki, zavod Ermənistanla sərhəddə yerləşir. Düşmən tərəfindəki qaranlıq və ölü səssizlik işin gur getdiyi, müasir texnologiya konveyerlərinin, maşınların və sair işlədiyi rayonumuzla kəskin ziddiyyət təşkil edir. Bütün bunlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının göstəricisidir.

Müəssisə düşmən üzərində qələbəyə və Azərbaycan torpaqlarının azad edilməsinə də öz töhfəsini verir. QSZ-nin 33 əməkdaşı cəbhədə döyüş əməliyyatlarında iştirak edir. Silahlı Qüvvələrə Yardım Fonduna 200 manat ianə köçürülüb. Zavod, həmçinin regionda hərbi hissələrə müxtəlif məişət avadanlıqları ilə yardım göstərir: “İstehsalatda əldə olunan artım daha çox ixrac etməyə və ölkəyə daha çox valyuta gətirməyə imkan verir. İndi gəlir 5-6 milyon dollar təşkil edir, hədəfimiz isə 2022-ci ilədək ixracı 10 milyon dollaradək artırmaqdır”.

Bundan başqa, Qazax sement zavodu 2021-ci ilin sonunadək ölkədə ilk dəfə “ağ sement” istehsalına başlamağı planlaşdırır. Yerli əhəngdaşının keyfiyyəti bu cür qiymətli məhsulu dünya standartlarına uyğun istehsal etməyə imkan verir. Hazırda Türkiyədə yerli xammal materiallarının nümunələrinin laborator tədqiqatları aparılır.

Zavoda bitişik yüzlərlə hektar boş məhsuldar torpaq “Green House” layihəsini reallaşdırmağa imkan verir. Türkiyənin “Dal Teknik Makina” şirkətinin mütəxəssisləri ilə birgə parniklərin isidilməsi üçün sement istehsalı qalıqlarından istifadəsi üzrə texniki layihə hazırlanıb. Bunun 2021-ci ilin yazından etibarən reallaşdırılması planlaşdırılır. Ətraf mühitin müdafiəsi baxımından vacib olan bu layihə Qafqaz regionunda ilk layihələrdən olacaq və yerli əhalini regional kənd təsərrüfatının inkişafı üzrə fəaliyyətə cəlb etməyə imkan verəcək. Gürcüstan sərhədinə yaxınlıq isə (30 kilometr) kənd təsərrüfatı məhsulunu qonşu ölkəyə ixrac etməyə imkan yaradacaq.

Bu gün ermənilər tərəfindən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində sement satışları azalıb: “Şəhərlər raket və artilleriya ilə atəşə tutulanda insanlar tikinti haqqında az fikirləşir. Bu region, xüsusilə də Gəncə, sement zavodunun məhsulu üçün başlıca bazardır. Həm də zavodun “Azərenerji”, “Azəriqaz”, Dövlət Vergi Xidməti və digər qurumlar qarşısında öhdəlikləri var. Amma bütün bu vəziyyətə baxmayaraq müəssisə rəhbərliyi zavodun adi rejimdə işini davam etdirməsi üçün bütün tədbirləri görür. Müəssisənin təxminən 700 işçisi əməkhaqqı almalı, sosial müdafiə olunmalıdır. Bu baxımdan istərdik ki, dövlət strukturları vəziyyətimizə anlayışla yanaşsın. Fors-major hallarını nəzərə alaraq, güzəştlər etsin. Bu, biznesin dayanıqlığını və inkişafın qorumağa imkan verəcək”.

Həqiqətən, sement satışının 80 faizdən çoxu bu regionun payına düşürdü, indi isə satışlar 50 faiz azalıb. Bu, anlaşılandır. Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Beyləqan, Bərdə, Ağcabədidə insanlar indi tikinti barədə fikirləşmir. Bununla bağlı olaraq zavod rəhbərliyi rəsmi şəkildə İqtisadiyyat Nazirliyinə müraciət edib: “Şəhər və kəndlərimizin dinc sakinlərinin atəşə tutulması şəraitində biz ruhdan düşməmək üçün özümüzdə güc tapırıq və bunda bizə ordumuzun qələbələri kömək edir. Biz başa düşürük ki, bütün bu çətinliklər müvəqqətidir. Zavodumuzun azad edilmiş Qarabağın şəhərlərinin bərpasında fəal rol oynaması üçün bütün imkanları var. Biz yeni gözəl binaların, körpülərin, yolların, Vətənimizin xeyrinə olacaq hər şeyin tikintisində iştirak etmək istəyirik. Hətta logistik baxımdan da biz Qarabağ regionuna hər kəsdən yaxınıq. Zavodun gücü bu xeyirxah missiya üçün kifayət qədərdir. Hələ pandemiyayadək biz Ağdaş, Şəmkir və Qubada beton zavodlarını işə salmışıq. İndi isə azad edilmiş Füzulidə beton zavodu açmağı arzulayırıq.

Çox tezliklə işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işləri başlayacaq. Qazax sement zavodu bu işləri sement və betonla təmin etməklə rayonların bərpasına öz töhfəsini verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub