® “Rabitəbank”ın əməkdaşları qanvermə aksiyasında könüllü oldular
Sosial məsuliyyət layihələri ilə hər zaman seçilən “Rabitəbank” bu dəfə də böyük Qələbəmizin həyatımıza sonsuz fərəh və iftixar duyğuları bəxş etdiyi və koronavirus infeksiyasının ölkəmizdə çətinliklər yaratdığı bir vaxtda könüllü qan donorluğuna dəstək tədbiri kimi, qan ehtiyatının daha da artırılmasına yönələn könüllü qanvermə aksiyası təşkil edib.
Qanvermə aksiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə dəstəyi ilə “Rabitəbank”ın 28 May, 33 ünvanında yerləşən baş ofisində keçirilib. Bankın baş ofis əməkdaşları bu nəcib və humanist aksiyada fəal iştirak ediblər. Könüllü donorlar üçün baş ofisdə müvafiq şərait yaradılıb və karantin rejimi qaydalarının gözlənilməsinə diqqət edilib. Aksiya Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının tam nəzarəti altında keçirilib. “Rabitəbank”ın rəhbərliyi və əməkdaşları bir neçə ildir ki, belə təşəbbüskar aksiyalarda könüllü iştirak edərək qana ehtiyacı olanlara dəstək göstərirlər. Sözügedən aksiyada toplanan qanlar qan ehtiyacı yaranan xəstələrin müalicəsinə kömək məqsədilə istifadə ediləcək.
"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.