"Bakı Marafonu 2026”nın qalibi: Azərbaycanın bütün idmansevərlərinə minnətdaram
Bakı, 3 may, AZƏRTAC
Daha əvvəl Bakıda yarış marafonunu qazanmış biri olaraq yenidən burada olmaq çox xoşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Bakı Marafonu 2026”nın qalibi olan türkiyəli Əhməd Alkanoğlu deyib.
O, əməyi olan hər kəsə təşəkkür edib.
“Bu gün bir az çətin oldu. Çünki güclü külək şəraitində qaçırdıq. Marafonu təşkil etmək asan iş deyil. Fərqli kateqoriyalarda yarışlar var idi. Bu da marafonun ayrılmaz hissəsidir. Məşqçilər heyətinə, ailəmə və dəstək olan hər kəsə təşəkkür edirəm. Azərbaycanın bütün idmansevərlərinə minnətdaram. Türkiyədən gəlmişəm və bayrağımı dalğalandırdığıma görə xoşbəxtəm. İnanıram ki, gələcək marafonlarda da uğurlu nəticələr əldə edəcəyəm”, - deyə Əhməd Alkanoğlu qeyd edib.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [14:49]
Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək
- 15.09.2026 [14:30]
“Araz-Naxçıvan” 2 legioner futzalçı transfer edib
- 15.09.2026 [13:30]
"Karvan-Yevlax" heyətinə yeni hücumçu cəlb edib
- 15.09.2026 [13:05]
“Kəpəz” azarkeşlərinə görə cərimələnib
- 15.09.2026 [12:25]