"Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi yekunlaşıb
Bakı, 2 may, AZƏRTAC
Medianın İnkişafı Agentliyi (MEDİA), Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi uğurla yekunlaşıb.
MEDİA-dan AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində gənclər təşkilatları üçün sonuncu təlim Tatyana Ravalli tərəfindən keçirilib. Təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə təşkilatların PR və kommunikasiya strategiyasının düzgün qurulması, sosial media hesablarının analizi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıların ünvanladığı suallar cavablandırılıb.