"Mançester Yunayted" Kriştiano Ronaldo ilə müqavilə imzalayıb
Bakı, 31 avqust, AZƏRTAC
"Mançester Yunayted" klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ronaldonun "Yuventus"dan "Mançester Yunayted"ə keçidi avqustun 27 -də məlum olub. Mətbuatda yayılan məlumatlara görə, 36 yaşlı hücumçu 59 milyon avro qazanacaq. “Yuventus” transferə görə 5 il ərzində 15 milyon avro alacaq.
Portuqaliyalı futbolçu 2003-2009-cu illərdə də İngiltərə klubunda oynayıb.
O, “Mançester Yunayted” ilə 3 dəfə Premyer Liqanın, 1 dəfə Çempionlar Liqası və 1 dəfə İngiltərə kuboku yarışlarının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]