"Paris-2024": Murad Məmmədov mübarizəni dayandırıb - YENİLƏNİB
Paris, 5 avqust, Elnur Salahov, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kiloqram) "Paris-2024" Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
AZƏRTAC xəbər verir ki, buna idmançının 1/8 finalda uduzduğu venesuelalı Rayber Joze Rodriges Oroskonun finala yüksələ bilməməsi səbəb olub.
Orosko 1/4 finalda məğlub olduğu üçün M.Məmmədov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını itirib.
Digər yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kiloqram) isə yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
18:03
Azərbaycanın daha bir yunan-Roma güləşçisi "Paris-2024" Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəkidə mübarizə aparan Murad Məmmədov 1/8 finalda Venesueladan olan Rayber Joze Rodriges Oroskonu sınağa çəkib.
M.Məmmədov 5:6 hesabı ilə uduzsa da, rəqibi finala yüksələcəyi təqdirdə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcək.
Daha əvvəl Sabah Şəriəti (130 kiloqram) adını 1/4 finala yazdırıb.