"Standard & Poor's" "Kapital Bank"ın reytinqini artırıb
Bakı, 5 mart, AZƏRTAC
"Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq "Kapital Bank"ın reytinqini "neqativ" proqnozdan,"stabil"ə yüksəldib və"BB-/B" səviyyəsində təsdiqləyib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
"Agentliyin mütəxəssisləri öz hesabatlarında "Kapital Bank"ın biznes mövqeyinin möhkəmləndirəcəyini proqnozlaşdırırlar. Hesabatda "Kapital Bank"ın ölkə bankları arasında daha dayanıqlı və etibarlı olması da qeyd edilib. Bankdakı struktur dəyişiklikləri sayəsində bank kredit sahəsini və rəqabətə davamlılığını artırıb və daha yüksək reytinqlərə iddialıdır. Həmçinin qeyd olunub ki, bankın gecikmiş kreditləri (NPL) 14,7 faizdən, 7,2 faizə qədər azalıb. Hazırda ölkənin maliyyə bazarında olan mövcud durumu nəzərə alaraq, bankın reytinqinin artırılması, saxlanılması bizim üçün olduqca əhəmiyyətlidir", - deyə "Kapital Bank"dan bildiriblər.
Qeyd edək ki, "Kapital Bank" maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2017-ci ilin uğurlu yekunlarında əks olunub. Bankın aktivləri 3,2 milyard manat, müştərilərə verilən kreditlər 1,8 faiz artaraq 1,2 milyard manat, əhali əmanətlərinin həcmi isə 836,9 milyon manat olub. Bankın xalis mənfəəti 94,8 milyon manat, nizamnamə kapitalı 185,9 milyon manat, məcmu kapitalı 299,9 milyon manat təşkil edib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.