Abduaziz Abutolipov: Bu gün təhlükəsizlik, ilk növbədə, məlumatların qorunmasıdır
Bakı, 30 sentyabr, AZƏRTAC
Bu gün təhlükəsizlik yalnız sərhədlərin qorunması deyil, ilk növbədə, məlumatların qorunmasıdır. Cəmiyyətin dezinformasiyadan nə qədər qorunduğunu anlamalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzulu panel sessiyada Özbəkistanın Milli Media Assosiasiyasının Baş direktoru Abduaziz Abutolipov deyib.
"İnformasiya iqtisadiyyatın, siyasətin, beynəlxalq münasibətlərin üzərində dayanan etibardır. Etibarın çökdüyü yerdə hər şey məhv olur. Buna görə informasiya təhlükəsizliyi yalnız texnologiya haqqında danışmaq deyil, mədəniyyət, dəyər və gələcək haqqında düşünməkdir", - deyə Baş direktor əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]