Abdul Husayni: Sənaye əlaqələri regionların inkişafını stimullaşdırır
Bakı, 22 may, AZƏRTAC
WUF13 sessiyasında çıxış edən Nigeriyadakı Niger ştatı hökumətinin daimi katibi Abdul Husayni kiçik şəhərlərin sənaye inkişafının kənd iqtisadiyyatına təsiri barədə danışıb.
AZƏRTAC xəbər verir ki, daimi katib istehsal müəssisələrinin kiçik şəhərlərdə yerləşdirilməsinin davamlı təchizat zəncirlərinin inkişafına və məşğulluğun artmasına töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, irəli və geriyə doğru istehsal əlaqələri iqtisadi impulsun qonşu kənd yerlərinə ötürülməsinə kömək edir və özünü təmin edən artım üçün şərait yaradır. Husayni infrastrukturun inkişafının və kiçik biznesin dəstəklənməsinin yoxsulluğun azaldılması üçün vacib vasitələr olduğunu vurğulayıb. Nigeriya nümayəndəsi, həmçinin regional planlaşdırmaya və bələdiyyələr arasında əməkdaşlığa daha çox diqqət yetirməyə çağırıb.
Müxbir - Vüqar Seyidov