Abdulla Sami: Bakıda gördüklərim məni heyran etdi VİDEO
Bakı, 28 may, Vüqar Qurbanoğlu, AZƏRTAC
Mən Çelsi klubunun azarkeşiyəm. İraqdan Bakıya Avropa Liqasının final qarşılaşmasını izləmək üçün gəlmişəm. Bakıda gördüklərim məni heyran etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn “Çelsi” klubunun azarkeşi Abdulla Sami bildirib.
O deyib: “Bakı bu möhtəşəm final oyununa ciddi hazırlaşıb. Bunu azarkeşlər üçün yaradılan şəraitdən də görmək mümkündür. Bakıda turistlər üçün hər cür şərait yaradılıb, bütün təhlükəsizlik tədbirləri görülüb”.
Bakı ilə bağlı təəssüratlarını bölüşən iraqlı azarkeş Xəzər dənizinin gözəl mənzərəsini, tarixi abidələrlə zəngin İçərişəhəri xüsusi qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]