Abdullah Zubir: Bakıda “Çelsi”dən xal almaq inanılmaz hiss idi
Bakı, 6 noyabr, AZƏRTAC
Bakıda “Çelsi”dən xal almaq inanılmaz hiss idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri görüş barədə danışarkən deyib.
Fransalı yarımmüdafiəçi bu nəticənin növbəti mərhələyə vəsiqə qazanmaq baxımından önəmli olduğunu deyib: “Hisslərimi sözlə ifadə etmək çox çətindir. Bakıda klublararası dünya çempionatının son qalibindən xal almaq inanılmazdır. Komanda olaraq möhtəşəm iş ortaya qoyduq. Hər bir futbolçu sonadək mübarizə apardı və inamını itirmədi. Bu nəticə birliyimizi göstərdi”.
O, həmçinin azarkeşlərin dəstəyinin böyük rol oynadığını vurğulayıb: “Klubumuzla qürur duyuram. Azarkeşlər bizə enerji verdilər. Stadionda möhtəşəm atmosfer yaratmışdılar. Bizə sonadək dəstək olduqlarına görə minnətdarlığımı bildirirəm. Onların dəstəyi bizim üçün çox önəmli idi”.
Xatırladaq ki, bu nəticədən sonra xallarını 7-yə çatdıran “Qarabağ” 12-ci pilləyə yüksəlib. Eyni xala malik “Çelsi” isə 10-cu sırada qərarlaşıb. Ağdam klubu Liqa mərhələsində 5-ci oyununu noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]