“Abrams” tanklarını idarə etmək üçün ukraynalı hərbçilərə keçirilən təlim yayın sonunda başa çatacaq
Bakı, 15 iyun, AZƏRTAC
Təxminən 200-dək ukraynalı hərbçi amerikanların rəhbərliyi altında “M1A1 Abrams” tanklarının istismarı üzrə təlimləri yayın sonunadək başa vuracaq.
AZƏRTAC “CBS News”a istinadla xəbər verir ki, hazırda ukraynalı hərbçilər 12 həftəlik təlim proqramının üçüncü həftəsindədirlər. Təlimlər Almaniyada xüsusi təchiz olunmuş tanklarda keçirilir, çünki Kiyevə vəd edilmiş 31 ədəd “Abrams” təmirdədir. Proqramın başa çatması Ukraynaya müvafiq tankların çatdırılması ilə eyni vaxta təsadüf edəcək.
Qeyd edək ki, 2022-ci ilin fevralından ABŞ-da 11 mindən çox ukraynalı hərbçi müxtəlif platformalar üzrə təlim keçib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin 6 min hərbçisi ölkədən kənarda 40 məntəqədə təlimlərdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]