ABŞ-A QUL QİSMİNDƏ HƏR İL 17,5 MİNƏ QƏDƏR ADAM GƏTİRİLİR
2000-ci ildə ABŞ-da insan alverinə görə cəzanı sərtləşdirən yeni qanun qəbul edilmişdir. Konqres hökumətin qarşısında bu qanunun yerinə yetirilməsinin təmin olunması barədə hesabat vermək vəzifəsi qoymuşdur. Ədliyyə Nazirliyinin məruzəsi qanunvericilərin tələbinə cavabdır.
Sənəddə bildirilir ki, ABŞ-ın hüquq mühafizə orqanları aprel ayınadək qul alverində təqsirləndirilən şəxslər barəsində 153 cinayət işi qaldırmışlar. Bu, 2001-ci ildəkindən iki dəfə çoxdur. 2001-ci ilin yanvarından bu il mayın ortalarınadək ABŞ-ın hakimiyyət orqanları insan alverində iştirak etmiş 78 cinayətkar barəsində ittiham hökmü çıxarılmasına nail olmuşlar.
ABŞ Milli Təhlükəsizlik Nazirliyinin immiqrasiya və gömrük xidmətinin rəisi Con Torres Kapitolidəki dinləmələrdə çıxışında bildirmişdir ki, müxtəlif ölkələrin mütəşəkkil cinayət qruplaşmaları qul alverindən ildə təxminən 9,5 milyard dollar qazanc götürürlər.