ABŞ Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketlərinin satışını təsdiqləyib
Bakı, 16 avqust, AZƏRTAC
ABŞ Dövlət Departamenti Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketlərinin mümkün satışını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqona daxil olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Almaniya əvvəllər ABŞ-dan göstərilən məbləğə 600-ə qədər PAC-3 MSE raketi və müvafiq avadanlığı istəyib. “Təsdiqlənmiş saziş çərçivəsində silah tədarükü ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik maraqlarını təmin edir və həmçinin Almaniyanın gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcək”, - məlumatda deyilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]