ABŞ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMINI YÜKSƏK QİYMƏTLƏNDİRİR
ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş demişdir ki, rəsmi Vaşinqton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağli təxirəsalınmaz tədbirlər haqqında” 2005-ci il 25 oktyabr tarixli Sərəncamını yüksək qiymətləndirərək, bu sənədi Azərbaycanda demokratiyanın inkişafı istiqamətində yeni addım hesab etmişdir. Amerikalı diplomat ölkəsinin bu Sərəncamın icrasına hər cür kömək göstərməyə hazır olduğunu bildirmişdir.
AZƏRTAC xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin respublikamızdakı missiyasının rəhbəri James Coggin də Azərbaycan Prezidentinin həmin Sərəncamına münasibət bildirərək, 40 amerikalı müşahidəçinin seçkilərin monitorinqində iştirak etmək üçün bu günlərdə Bakıya gələcəyini demişdir. O, əlavə etmişdir ki, ABŞ Azərbaycan parlamentinə növbəti seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsində maraqlıdır, bunun üçün öz səylərini sonadək əsirgəməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]