ABŞ AZƏRBAYCANDA İQTİSADİYYATIN İNKİŞAFINA YARDIM MƏQSƏDİ İLƏ TƏLİM PROQRAMINA BAŞLAMIŞDIR
ABŞ-ın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlıq şəraitində ictimai bölməyə sərmayə qoyuluşuna dair təlim proqramına başlanmışdır. Fevralın 6-da “Park İNN Azərbaycan” mehmanxanasında başlanan təlimdə Prezidentin İcra Aparatının, Nazirlər Kabinetinin, Milli Bankın və digər müvafiq orqanların nümayəndələri iştirak edirlər. İnteraktiv formada keçirilən təlimdə iştirakçılar möhkəm və tarazlaşdırılmış makroiqtisadi siyasət və sərmayə strategiyası məsələlərini müzakirə edəcəklər.
Layihənin rəhbəri Mete Dundaq və mütəxəssis Riçard Ənsen rəhbərlik etdiyi təlimdə qeyri-neft bölməsinin inkişafı məsələlərinə də toxunulacaqdır. Təlim fevralın 28-dək davam edəcəkdir.
Növbəti təlim martın 13-dən aprelin 6-dək keçiriləcəkdir. Bu cür təlimlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]