ABŞ-DA ELEKTRON ÇİPLİ PASPORTLAR TƏTBIQ OLUNACAQDIR
Həmin müddətdən sonra veriləcək bütün sənədlərdə mikroçip olacaqdır. Mikriçipdə pasport sahibinin rəqəmli fotoşəkli, habelə pasportdakı bütün informasiya saxlanılacaqdır. Pasport nəzarətindəki xüsusi qurğu radiosiqnalların köməyi ilə sənəddəki məlumatı kiçik məsafədən oxuya biləcəkdir.
Yeni qaydalar vətəndaşları ABŞ-a vizasız gəlib-gedən 27 ölkənin, o cümlədən AB-nin üzvü olan 14 dövlətin pasportlarında 2006-cı ilin oktyabrınadək oxşar mikroçiplərin tətbiqini tələb edir.
Bu qaydalara şübhə ilə yanaşanlar ehtiyat edirlər ki, cinayətkarlar radiosiqnallardan istifadə yolu ilə pasport məlumatına yol tapıb, onda dəyişikliklər edə bilərlər. Amerika Dövlət Departamentinin nümayəndələri isə bildirirlər ki, yeni texnologiyalardan istifadə olunması sənədin müdafiəsi səviyyəsini xeyli artıracaqdır. Gələcəkdə mikroçipə başqa biometrik informasiya daxil edilə bilər.
ABŞ-ın dövlət qulluqçuları və diplomatları sınaq məqsədi ilə yeni Amerika pasportlarını gələn ilin əvvəlində almağa başlayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]