ABŞ-da iğtişaşların qarşısının alınmasına hərbçilər cəlb olunur
Vaşinqton, 2 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ölkəni bürüyən iğtişaşların iştirakçılarına qarşı güc tətbiq olunacağını söyləyəndən sonra bazar ertəsi axşamı Ağ Ev ətrafında Milli Qvardiya Dəstələri gücləndirilib.
AZƏRTAC xəbər verir ki, ölkənin bir çox şəhərlərində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edən Tramp “qanun və qayda” prezidenti olduğunu vurğulayıb.
“Mən soyğunçuluğun, vandalizmin, əmlakın zədələnməsinin və ya məhv edilməsinin qarşısının alınması üçün minlərlə silahlı əsgərin, hərbi personalın və hüquq mühafizə orqanlarının səfərbər edilməsinə dair göstəriş vermişəm. Bütün bunlara son qoyulmalıdır”, - deyə Prezident bildirib. O, qubernatorları Milli Qvardiya Dəstələrindən istifadə etməyə çağırıb. Tramp, həmçinin bildirib ki, qubernatorların Qvardiyanın gücündən səmərəli istifadə edə bilməyəcəyi təqdirdə o, mövcud hərbi personalı gücləndirməli olacaq.
Qeyd edək ki, polis nümayişçiləri dağıtmaq üçün Ağ Ev qarşısındakı “Lafeyet” parkında toplaşmış etirazçılara qarşı hələ Trampın çıxışından əvvəl gözyaşardıcı qazdan istifadə edib.
Yusif Babanlı
AZƏRTAC-ın Vaşinqton bürosu
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]