ABŞ-da koronavirusa yoluxanların sayı 500 min nəfəri ötüb
Bakı, 11 aprel, AZƏRTAC
ABŞ-da koronavirusa yoluxanların sayı artaraq 503,4 min nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, ABŞ Səhiyyə Xidmətinin məlumatına əsasən, pandemiyanın başlanğıcından indiyədək COVID-19 xəstəliyindən 18,8 min nəfər həyatını itirib. Ölkədə ölüm hallarının gündəlik artımı müşahidə olunur. Təkcə son sutka ərzində 2,2 mindən çox insan ölüb.
Epidemiyanın ən çox sirayət etdiyi Nyu-York ştatında 172 min yoluxma və 7,8 min ölüm faktı qeydə alınıb. Qonşu Nyu-Cersi ştatında isə 54,6 min yoluxma halı aşkarlanıb.
Ölkə üzrə koronavirusdan indiyədək 27,3 min nəfərin sağaldığı bildirilir.