ABŞ-da masaj salonlarına hücumlar nəticəsində 7 nəfər ölüb
Bakı, 17 mart, AZƏRTAC
ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) bir neçə silahlı hücum baş verib.
AZƏRTAC TASS-a istinadən xəbər verir ki, ilk hücum Atlanta yaxınlığında Çeroki dairəsində yerləşən masaj salonuna edilib. Silahlı şəxs salona daxil olaraq odlu silahdan 3 nəfəri qətlə yetirib, 2 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşa bilib.
Bundan başqa şəhərin şimal hissəsində yerləşən daha iki masaj salonunda da analoji hadisə baş verib. Bu hücumlar zamanı dörd nəfər həyatını itirib.
Artıq hüquq mühafizə orqanlarının əməkdaşları avtomobil yollarını bağlayıb, cinayəti törədənlər axtarılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]