ABŞ Dövlət Departamenti: Brüsseldə keçirilən üçtərəfli görüş irəliyə doğru mühüm addımdır
Bakı, 16 may, AZƏRTAC
Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş irəliyə doğru mühüm addımdır.
AZƏRTAC xəbər verir ki, bunu mütəmadi brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
“ABŞ bu danışıqlarda iştirak etməyib. Amma Arlinqtonda apardığımız danışıqların davamı olaraq hesab edirik ki, bunlar irəliyə doğru mühüm addımlardır. Fikrimizcə, bu iki ölkə - Azərbaycan və Ermənistan arasında davamlı sülh mümkündür", - deyə V.Patel qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:46]
Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO
- 27.09.2026 [14:34]
Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]