ABŞ DÖVLƏT DEPARTAMENTİ PKK YARAQLILARINI SİLAHI YERƏ QOYMAĞA ÇAĞIRIR
Dövlət Departamenti mətbuat xidmətinin rəisi Şon Makkormak bildirmişdir ki, “22 il əvvəl PKK müttəfiqimiz olan Türkiyəyə qarşı terror zorakılığı kampaniyasına başlamışdır. Bu zorakılıq nəticəsində 1984-cü il avqustun 15-dən Türkiyənin 30 mindən çox təhlükəsizlik qüvvələri əməkdaşı və dinc vətəndaş həlak olmuşdur”.
Makkormak demişdir ki, terrorçu Abdullah Öcalanın 1999-cu ildə həbsə alınması ilə əlaqədar bir müddət sakitlikdən sonra PKK 2004-cü ildə terrorçuluq fəaliyyətinə yenidən başlamış və təkcə cari ildə 500-dən çox adamı məhv etmişdir. O vurğulamışdır ki, bu zorakılıq Türkiyə xalqının və bütün region sakinlərinin daha demokratik və təhlükəsiz gələcəyi perspektivini sarsıdır.
Federal Təhqiqat Bürosunun direktoru Robert Müller ötən ilin dekabrında Ankaraya səfəri zamanı söz vermişdir ki, onun idarəsi PKK yaraqlıları ilə mübarizədə Türkiyəyə kömək edəcəkdir. O demişdir: “Biz Avropa və Türkiyədəki tərəfdaşlarımızla birlikdə PKK-ya qarşı yönəldilmiş addımlar atacağıq. Biz PKK-nı maliyyələşdirən mənbələrin axtarılmasında və ləğv olunmasında əməkdaşlıq edirik”.
Xatırladaq ki, PKK Türkiyədə qanundankənar elan olunmuş və həm ABŞ, həm də Avropa İttifaqı tərəfindən terrorçu qruplaşmalar sırasına aid edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]