ABŞ Əfqanıstan vətəndaşlarının bütün immiqrasiya müraciətlərinə baxılmasını dayandırıb
Bakı, 27 noyabr, AZƏRTAC
ABŞ-ın hakimiyyət orqanları Vaşinqtonun mərkəzində Milli Qvardiyanın əsgərlərinə hücumdan sonra Əfqanıstan vətəndaşlarının bütün immiqrasiya müraciətlərini dayandırıb.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin məlumatına görə, müraciətlərə baxılması “qeyri-müəyyən müddətədək” təxirə salınıb. Bu arada ABŞ Nümayəndələr Palatasının üzvü, konqresmen Brandon Gill paytaxtda baş verən silahlı insidentdən sonra Əfqanıstan vətəndaşlarının kütləvi deportasiyasına çağırıb.
Qeyd edək ki, noyabrın 26-da günortadan sonra naməlum silahlı şəxs Vaşinqtonun mərkəzində, Admiral Devid Farraqut parkının yaxınlığında, Ağ Evdən təxminən 300 metr məsafədə Milli Qvardiya əsgərlərinə atəş açıb. Nəticədə iki əsgər yaralanıb, onların vəziyyətinin ağır olduğu bildirilir.
Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp sabiq dövlət başçısı Cozef Bayden dövründə ölkəyə daxil olan bütün Əfqanıstan vətəndaşlarının yoxlanılacağını bildirib. Onun sözlərinə görə, ABŞ administrasiyası ölkəni sevməyən və onun inkişafına töhfə verməyən bütün miqrantları ölkədən çıxarmaq üçün lazımi tədbirləri görəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]