ABŞ FƏLƏSTİN MUXTARİYYƏTİNDƏN 50 MİLYON DOLLARI QAYTARMAĞI TƏLƏB ETMİŞDİR
Ş.MakKormak demişdir: “Biz bu vəsaitin gələcək Fələstin hökumətinin xəzinəsinə keçməsinə yol verməmək üçün onları qaytarmağı tələb etmişik, çünki yeni hökumət İsrailin hüquqlarını tanımaya bilər”. O xatırlatmışdır ki, Buş hökuməti HƏMAS-ı terrorçu təşkilat kimi qiymətləndirir. HƏMAS İsraili tanımasa, zorakılığı pisləməsə və silahlı qruplaşmaları buraxmasa, ABŞ yeni hökumətə birbaşa maliyyə yardımı göstərməyəcəkdir.
Ötən onillikdə ABŞ Fələstin Muxtariyyətinə təxminən 1,5 milyard dollar yardım ayırmışdır. Təkcə keçən il birbaşa yardım şəklində 70 milyon dollar, ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə daha 225 milyon dollar, BMT yolu ilə 88 milyon dollar vəsait köçürülmüşdür. Bu il ABŞ ümumən 234 milyon dollar ayırmaq niyyətində idi.
Gələn həftə dövlət Katibi Kondoliza Rays Səudiyyə Ərəbistanına, Misirə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəkdir. Səfər zamanı o, Fələstin Muxtariyyəti ilə münasibətləri indi necə qurmaq barədə müzakirələr aparacaqdır.