ABŞ-IN HAVA LİMANLARINDA SƏRNİŞİNLƏR AYAQQABILARINI ÇIXARMALI OLACAQLAR
İdarənin məlumatında deyilir: “İndi bütün sərnişinlərdən nəzarət zamanı əl yükü ilə birlikdə yoxlanılmaq üçün ayaqqabıları çıxarmaq tələb olunur. Bu göstərişə tabe olmayanlara təyyarəyə minməyə icazə verilməyəcəkdir”.
Hökumət orqanları yeni tələblərə şüurlu yanaşmağı xahiş edirlər. ABŞ Böyük Britaniyadan Amerikanın hava limanlarına gələn təyyarələr üçün terror təhlükəsinin səviyyəsini “kritik” (qırmızı) həddən “yüksək” (narıncı) həddə endirmişdir. Qalan bütün kommersiya reysləri üçün “yüksək” dərəcəli təhlükə müəyyən edilmişdir. Belə tədbirlər Böyük Britaniyanın hökumət orqanları təyyarələrdə terror aktlarının qarşısını almağın zəruri olduğunu elan etdikdən sonra görülmüşdür.
Nəqliyyat Təhlükəsizliyi İdarəsi sərnişinlərə tövsiyə edir ki, yoxlama zamanı ləngimələrə yol verməmək üçün maye və gelləri, o cümlədən şampunu, diş məcununu, ətirləri baqaja təhvil versinlər. Əl yükünə mayelərdən yalnız dərman və südəmər körpələr üçün süd (yaxud onun əvəzedicisini) götürməyə icazə verilir, həm də sərnişinə mühafizə zabitinin yanında onların dadına baxmaq lazım deyil. Təyyarənin salonuna elektron qurğular: noutbuklar, mobil telefonlar, pleyerlər də gətirmək olar.
Nəqliyyat Təhlükəsizliyi İdarəsinin məlumatına görə, Böyük Britaniyadan başqa, hər hansı ölkəyə gedən sərnişinlər üçün bilavasitə təyyarəyə minməkdən qabaq əlavə yoxlanış aparılmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]