ABŞ-IN VYETNAMA HÜCUMU ÜÇÜN BƏHANƏNİ KƏŞFİYYATÇILAR UYDURMUŞDULAR
1964-cü il avqustun 2-də və 4-də Tonkin körfəzində Amerika gəmilərinə hücum Birləşmiş Ştatlara Şimali Vyetnama müharibə elan etmək üçün bəhanə olmuşdur. Əvvəllər hesab olunurdu ki, gəmilərə iki dəfə hücum edilmişdir. Guya ikinci hücum barədə məlumatdan sonra ABŞ Prezidenti Lindon Conson Şimali Vyetnama aviasiya zərbələri endirməyi əmr etmiş, Konqres isə genişmiqyaslı hərbi əməliyyatlar aparılmasını bəyənmişdir.
Lakin daxili istifadə üçün 2001-ci ildə dərc olunmuş məqalədə MTA-nın tarixçisi Robert Hənyok iddia edir ki, kəşfiyyat hökumətə verilmiş məlumatları bilərəkdən təhrif etmişdir və ikinci hücum olmamışdır. Onun sözlərinə görə, şimali vyetnamlılar arasında danışıqlar xəlvəti dinlənilərkən toplanmış informasiyanın 90 faizi ABŞ hökumətinə verilən hesabatlarda əksini tapmamışdır. Tarixçi yazır: “Məruzələrin böyük əksəriyyəti belə hücumun olmadığını göstərə bilər. Beləliklə, kəşfiyyatda bilərəkdən sübut etməyə çalışmışlar ki, hücum həqiqətən olmuşdur”.
Bi-Bi-Si bildirir ki, Hənyok 58 min amerikalının və üç milyon vyetnamlının həlak olduğu bu müharibənin başlanmasına görə ABŞ rəhbərliyini təqsirləndirmir. Onun fikrincə, rəhbərlik hadisələrdən, sadəcə, bixəbər idi və baş vermiş hadisələrə görə ancaq kəşfiyyat təqsirkardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]