ABŞ-IN YƏHUDİ İCMASININ NÜMAYƏNDƏ HEYƏTİ BAKIDA SƏFƏRDƏDİR
AZƏRTAC xəbər verir ki, Amerikanın əsas yəhudi təşkilatlarını birləşdirən Prezidentlər Konfransının himayəsi ilə ABŞ yəhudi icmasının liderlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Nümayəndə heyətinin üzvləri fevralın 10-da Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstələri qoymuşlar.
Qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş mərd mübarizlərin xatirəsini yad etmiş, məzarları üzərinə tər qərənfillər düzmüşlər.