ABŞ İRAQDA FOSFORLU SİLAHDAN QANUNİ OLARAQ İSTİFADƏ ETDİYİNİ BİLDİRİR
General Piter Peysin fikrincə, bu ordunun qanuni silahıdır və ondan sahəni işıqlandırmaq, tüstü pərdələri çəkmək üçün istifadə edilir.
İki həftə əvvəl ABŞ etiraf etmişdir ki, ötən il qiyamçıları Fəlluca şəhərindən tüstü ilə boğanağa salıb çıxarmağa cəhd göstərilərkən ağ fosforlu döyüş sursatından istifadə olunmuşdur. Həmin etirafdan sonra narahatlıq yaranmışdır ki, bu silah dinc sakinlərə ziyan vura bilər.
General Peys inandırmağa çalışmışdır ki, ABŞ dinc əhali arasında tələfat olmamasına ciddi-cəhdlə səy göstərir, fosforlu silah isə xüsusi məqsədlər üçün işlədilmişdir. O demişdir: “Bu, kimyəvi silah deyil, yandırıcı maddədir. Müharibə aparmaq qanunlarına görə, bu silahdan ətraf sahəni işıqlandırmaq və tüstü pərdələri yaratmaq üçün istifadə etməyə icazə verilir”.
Əslində isə, ağ fosfor bədənə düşdükdə alovlanar və bədəni sümüklərədək yandıra bilər.
İtaliya televiziyası ABŞ hərbçilərinin Fəllucada ağ fosfordan istifadə etməsi nəticəsində dinc sakinlərin zərər çəkdiyini bildirmiş və yanıb kömürə dönən cəsədləri göstərmişdir.
ABŞ bu ittihamları rədd edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]