ABŞ İsrailə hərbi xərclər üçün 3,5 milyard dollar ayıracaq
Bakı, 10 avqust, AZƏRTAC
ABŞ silah və hərbi texnika alınması üçün İsrailə 3,5 milyard dollar ayırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, Dövlət Departamenti amerikalı qanunvericiləri Ağ ev administrasiyasının İsrailə milyardlarla dollarlıq xarici hərbi maliyyə vəsaiti ayırmaq niyyəti barədə xəbərdar edib. Bu vəsait aprel ayında İsrail üçün ABŞ Konqresi tərəfindən qəbul edilmiş 14,1 milyard dollarlıq əlavə maliyyə layihəsi çərçivəsində ayrılır.
Mənbələr telekanala bildiriblər ki, Tehran və Beyrutda yüksək səviyyəli HƏMAS və Hizbullah liderlərinin öldürülməsindən sonra İsrail İran və Hizbullahın hücumuna hazırlaşır. Maliyyə yardımı da Təl-Əvivə məhz bu məqsədlə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]