ABŞ, Moldova və Rumıniya birgə hərbi təlimlərə başlayıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Bazar günü Moldovada ABŞ və Rumıniya hərbçilərinin iştirakı ilə “Scutul de Foc/Rapid Trident - 2023” hərbi təlimləri başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 22-dək davam edəcək təlim piyada və artilleriya atışlarını əhatə edir və iştirakçı ordular arasında imkanların inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, təlimlərdə üç ölkənin 500-ə yaxın hərbçisi iştirak edir. Təlimlərə ordunun texniki heyəti, piyadaları və artilleriya sistemləri cəlb olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]