ABŞ MÜDAFİƏ NAZİRİNİN XAHİŞİ
Pentaqonun başçısı demişdir: “Mən bu barədə çox düşündüm. Nəhayət, bu günlərdə başa düşdüm ki, belə ad onlara layiq olmadıqları halda daha çox qanunilik verir”. Onun fikrincə, İraqdakı Amerika qoşunlarının düşmənlərini “terrorçular” və “hökumətəzidd ünsürlər” adlandırmaq lazımdır. Bundan başqa, ABŞ Müdafiə Nazirliyinin rəsmi sənədlərində onları tez-tez “antiiraq birləşmələri” adlandırılar.
Ramsfeldin öz “vəhy”indən söhbət açdığı brifinqdə ABŞ dəniz piyadasının generalı Piter Peys də iştirak edirdi. O, öz rəisini çox diqqətlə dinləyirdi. Buna baxmayaraq, o, bir neçə dəqiqədən sonra İraqın hökumətəzidd ünsürlərini iki dəfə “üsyançılar” adlandırmışdır.
General ikinci dəfə səhv etdikdə Ramsfeldin səbr kasası daşmış və Peysdən soruşmuşdur: “İraqın qanuni hökumətinin düşmənləri, elə deyilmi?”
Pərt olan general üzr istəyərək demişdir ki, ser, mən bu gün formada deyiləm.
Agentlik xatırladır ki, bu, Ramsfeldin hərbçilərə və jurnalistlərə İraqda baş verən hər hansı hadisələri “düzgün” qiymətləndirməyi öyrətmək üçün göstərdiyi ilk uğursuz cəhd deyildir. 2003-cü ilin iyununda o, yaraqlıların hərəkətlərini “partizan müharibəsi” adlandırmamağı xahiş etmişdi, lakin iki həftədən sonra İraqda aparılan əməliyyatların komandirlərindən biri bildirmişdi ki, ABŞ hərbçiləri “klassik partizan hərəkatı” ilə üzləşmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]